Mehriban Əliyeva 2 medal qazanan idmançımızı mükafatlandırdı

img

18-06-2015 [23:57]


Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikası yarışlarında Azərbaycan daha bir medal qazanıb.

İdmanşımız Oleq Stepko Avropa Oyunlarını mükafatla başa vurub.

İdman gimnastikasının fərdi çoxnövçülük yarışında uğurlu çıxış edən Stepko gümüş medala layiq görülüb. Yarışdan sonra fəxri kürsüyə qalxan idmançıya medalı I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

Qeyd edək ki, komanda hesabında da bürüncə yiyələnən Stepko hələlik Bakı-2015-də iki medal qazanan yeganə idmançımızdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA