18-06-2015 [13:23]
Xaricdə yüksək təhsil alaraq Vətəninə dönən azərbaycanlı Təhsil Nazirliyi tərəfindən haqsız incidlir, süründürməçilyə məruz qalıb.
Bunu Mirsahib Nuru oğlu Seyidli Mia.az-a ünvanladığı şikayət məktubunda yazıb.
M.Seyidli yazır ki, birinci qrup Çernobıl əlilidir, şikayəti isə Təhsil Nazirliyi Nostrifikasiya şöbəsinədir:
"Oğlum Miryunis Seyidli YÖS sistemi ilə 2008-2009 tədris ilində Qazaxstan Respublikası Türküstan şəhərində yerləşən Əhməd Yəsəvi adına Türk-Kazak universitetinə qəbul olmuşdur. Tədrisini müvəffəqiyyətlə başa vuraraq vətənə olan xidməti borcunu ödəmək üçün Azərbaycana qayıtmışdır. Bunu da qeyd edim ki, oğlum universitetdə oxuyan zaman bir sıra nüfuzlu təşkilatlarda İxtisasartırma kurslarında iştirak edərək sertifikatlar da alıb. 2014 sentyabr ayının 16-da diplomunu təsdiqlətmək üçün Təhsil Nazirliyinin Nostrifikasiya şöbəsinə təqdim etdi. Oradan bizə bildirdilər ki, müəyyən dövlət qurumlarına (Gömrük, Sərhəd xidməti), o cümlədən oxuduğu universitetə sorğular ediləcək və alınan cavablara nəzərən diplomunun təsdiqlənməsinə baxılacaq".
Şikayətçi yazır ki, bu arada oğlu Azərbaycan Respublikası Daxili Qoşunlarının N saylı hərbi hissəsinə Vətənə olan borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə gedib: "Oktyabr ayında oğlum hərbi xidmətə yollandı. Biz valideyn olaraq dəfələrlə Təhsil Nazirliyi ilə əlaqə saxlasaqda, bizə deyilən cavab o oldu ki, oğlunuzun oxuduğu universitetdən sorğumuza cavab gəlməyib. 2014 dekabr ayına qədər biz gözlədik. Sonradan həmin universitetdə oxuyan oğlumun tələbə yoldaşları ilə əlaqə saxladıqdan sonra məlum oldu ki, Təhsil Nazirliyi heç həmin universitetə məktub belə yazmayıb. Sonradan öz imkanlarımız ilə Təhsil Nazirliyinə lazım sorğu cavablarını faksla göndərttik. Bundan sonra Təhsil Nazirliyi Daxili Nəzarət şöbəsinin müdiri Nəzakət Hacıyeva bizə bildirdi ki, narahat olmayın, 2015-ci ilin yanvar ayının 15-nə gəlin, sənədləriniz hazır olacaq. Lakin bu da firildaqdan başqa bir şey deyildi. Valideyn olaraq dəfələrlə qəbula yazılmağıma baxmayaraq, Daxili Nəzarət şöbəsinin müdiri Nəzakət Hacıyeva məndən soruşurdu ki, "Siz harada yaşayırsız? Bura Azərbaycandır". Mən bu suala həmin vaxtlar bir cavab, bir məna tapa bilmirdim. Ancaq indi mənə aydın olur ki, bu rüşvət istəməyin mədəni formasıdır. Hətta Həzakət Hacıyeva mənə açıq-aşkar bildirirdi ki, "Hara istəyirsizsə şikayət edin. Buranın ağası bizik. Bizə heç kim heçnə edə bilməz".
Nəhayət, 2015 aprel ayında mənə Təhsil Nazirliyindən zəng oldu ki, oğlunuz Seyidli Miryunisi müsahibəyə dəvət edirik, gəlməlidi mütləq. Məndə öz növbəmdə bildirdim ki, oğlum hərbi xidmətə getdiyi 6 ay bitməyib hələ, uşağı necə gətirim? Ancaq mənə dedilər ki, "Bu sizin şəxsi probleminizdi. Necə istəyirsiz elədə edin. Uşağı gətirməsəz sənədinə baxılmayacaq". Oğlum xidmət etdiyi Daxili Qoşunlara müraciət elədim.Oğlum 2015 may ayının 8-də məzuniyyətə buraxıldı. 2015 may ayının 12-də isə Təhsil Nazirliyində müsahibədən keçdi və oğluma bildirdilər ki, 1 ay müddətində Sizə nəticə haqqında cavab veriləcək. Lakin indiyə qədər heç bir cavab yoxdur. Sual vermək istərdim ki, hansı dövlətdə hansı qurumda belə özbaşınalıqlar var? Hansı dövlətdə bir sənədi 10 aya verirlər? Hansı dövlətdə vətəndaşdan soruşurlar ki, Siz harda yaşayırsız? Nəzakət Hacıyeva kimdir və onun arxasında kim dayanıb ki, o, hətta ölkə Prezidentinin məmurlar haqqında dediyi sözlərə belə məhəl qoymur?".
Şikayətçi iddia edir ki, əgər bu məsələnin üstünə düşüb araşdırılsa onda bütün gərçəklər üzə çıxacaq:
"Təhsil Nazirliyində rüşvət tüğyan edir. Minlərlə valideyn boynu bükük övladının sənədini ala bilmir. Hətta Təhsil Nazirliyində olarkən orada bir valideyn mənə bildirdi ki, "İndi hansı zəmanədi? Mən pul verdim və oğlumun sənədini 1 ay müddətinə aldım. Bu nə özbaşınalıqdır. Təhsil Nazirimiz cənab Mikayıl Cabbarov hara baxır? Əgər sənədi 2015 iyul ayına qədər oğlumun xidmət keçdiyi hərbi hissəyə təqdim eləməsəm, övladım 6 ay əlavə xidmət edəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi