TQDK növbəti dəhşətli faktı açıqladı - Təhsilimiz uçurumdadır!

img

18-06-2015 [12:39]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 16-da keçirilən sonuncu buraxılış imtahanlarında şagirdlərin aldığı qiymətlərin statistikası açıqlanıb.
 
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, 9-cu sinif şagirdlərinin 40.14%-i "Ana dili”ndən "2”, 40.25%-i "Riyaziyyat”dan "2”, 41.08%-i "Ana dili”ndən "3”, 37.11%-i "Riyaziyyat”dan "3”, 12.85%-i "Ana dili”ndən "4”, 15.44%-i "Riyaziyyat”dan "4”, 5.93%-i "Ana dili”ndən "5”, 7.20%-i isə Riyaziyyatdan "5” alıb.
 
11-ci sinif şagirdlərinin 32.43%-i "Ana dili”ndən, 35.03%-i "Riyaziyyat”dan, 29.20%-i "Xarici dil”dən, 23.23%-i "Kimya”dan "2” alıb. Şagirdlərin 36.81%-nin biliyi "Ana dili”ndən "3”, 32.50%-i "Riyaziyyat”dan "3”, 50.62%-i "Xarici dil”dən "3”, 60.24%-i "Kimya”dan "3”-lə qiymətləndirilib.
 
Onların 19.56 -i "Ana dili”ndən "4”, 22.66%-i "Riyaziyyat”dan "4”, 12.61%-i "Xarici dil”dən "4”, 12.60 %-i "Kimya”dan "4” alıb.
 
Şagirdlərin 11.20%-i "Ana dili”ndən, 9.81%-i "Riyaziyyat”dan, 7.57%-i "Xarici dil”dən, 3.94 %-i isə "Kimya”dan "5” ala bilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA