Azərbaycanda 4 gün iş olmayacaq

img

18-06-2015 [11:09]


Ramazan bayramında 2 gün qeyri-iş günü olacaq. 

Nazirləri Kabinetinin qərarına əsasən, 2015-ci ildə Ramazan bayramı iyulun 17-si və 18-də qeyd olunacaq. 18 iyul şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdirilərək 20 iyul qeyri-iş günüdür. Beləliklə, Ramazan bayramı münasibətilə ardıcıl 4 gün - iyulun 17-si, 18-i, 19-u (bazar) və 20-si qeyri-iş günü olacaq. Qeyd edək ki, Ramazan ayı münasibəti ilə QMİ Qazılar Şurasının və Elmi-dini Şuranın fətvası qəbul edilib və builki hesablamalara əsasən Ramazan ayının 1-i miladi təqvimlə bu günə - 18 iyuna təsadüf edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA