17-06-2015 [16:56]
Bir neçə ay əvvəl facebook sosial şəbəkəsində ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyevanın səhifəsi yaradılmışdı.
Onun tərəfindən həmin səhifəyə yerləşdirilmiş bir neçə fotoşəkil təkcə Azərbaycanda yox, onun hüdudlarından kənarda da facebook istifadəçilərinin marağını dərhal cəlb etmişdi. Minlərlə istifadəçi həmin şəkillər valeh olmuş və şərhlər yazmışdı.
S.Əliyevanın facebook səhifəsi çox qısa müddət ərzində böyük populyarlıq qazandı. Həmin səhifə Sevil Əliyevanın Azərbaycanda tanıdığımız obrazını - xeyirxah, güclü, ciddi, sadə və mehriban obrazını bir daha əks etdirir və təsdiqləyirdi.
Lakin saytlarına Sevil Əliyevanın özündən daxil olan məlumata görə, bu facebook səhifəsində minlərlə oxucu və sosial şəbəkə istifadəçisi öz qeyd və şərhlərini yazsa da həmin səhifəni o, özü idarə etmir.
"Təəssüf ki, bu səhifəni mən yaratmamışam. Lakin həmvətənlərimin, dostlarımın, mənə tanış olan və olmayan insanların arzularını, fikirlərini, rəylərini orada oxumaq mənə çox xoş idi. Ona görə də mən İnstagram sosial şəbəkəsində öz səhifəmi yaratmaq qərarına gəldim” - deyə Sevil Əliyeva haqqin.az saytına bildirib.
S.Əliyevanın sözlərinə görə, sosial şəbəkədəki bu səhifə ondan ötrü özünüifadənin və yaradıcılığın bir forması olmalıdır: "Əlbəttə ki, mən Azərbaycan prezidentinin bacısı olaraq mən öz məsuliyyətimin hüdudlarını dərk edirəm. Anlayıram ki, öz fikirlərimi ifadə edərkən ölçü-biçili davranmağa borcluyam. Lakin istənilən halda mən öz həmvətənlərimlə, dostlarımla və yaxınlarımla ünsiyyət saxlamağı çox istəyirəm. İnternet isə təkcə kommunikasiyada yox, ümumən insani münasibətlərdə kifayət qədər unikal və keyfiyyətcə yeni ünsiyyət formasıdır. Bu, bütün dünyanın, o cümlədən bizim daxili aləmimizin inikas olunduğu məkandır.
Bilirsinizmi, mən çox diqqətcil adamam. İnsanların müraciətlərinə, rəğbətinə, xoş münasibətinə məhəl qoymamağı özümə heç vaxt rəva görmərəm. Lakin həmvətənlərimin bu qədər çox saydakı müraciətlərinin hamısına cavab vermək məndən ötrü çox çətindir. Xüsusilə də ona görə ki, facebook səhifəmi özüm idarə etmirəm”.
S.Əliyeva oxucuları İnstagram səhifəsini açması barədə saytımız vasitəsilə məlumatlandırdı.
Azərbaycan prezidentinin bacısı "izləyicilər bu səhifədə sizin yeni yaradıcılıq layihələrinizi görə biləcəkmi” sualına belə cavab verdi: "Mənim keçmişim və indiki həyatım bu böyük dünyada olacaq. Əlbəttə ki, yaradıcılığım da orada olacaq. Səhifəmdə artıq bir neçə fotoşəkil var - valideynlərimin, qızımın, mənim şəkillərimiz...”.


virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi