Mikayıl Cabbarova yeni vəzifə verildi

img

17-06-2015 [12:03]


Bu gün Milli Olimpiya Komitəsində Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun verdiyi məlumata görə, iclasda federasiyaya yeni prezident seçkisi keçirilib. M.Rəhimov bildirib ki, bu vəzifəyə yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovdur: "Biz badmintonda kütləvilik yaratmaq istəyirik. Bunun üçün imkanlar da var. Orta və ali məktəblərin idman zalları vasitəsilə, eləcə də şagird və tələbələrdə maraq yaratmaqla badmintonu inkişaf etdirmək olar".

Bir qədər sonra Gənclər və İdman naziri Azad Rəhimovun da qatıldığı tədbirdə təhsil naziri Mirkamil Cabbarov yekdilliklə federasiya prezidenti seçilib.


Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının əvvəlki prezidenti Kamal Abdulla olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA