Bu gün sizi nələr gözləyir? - Bürclər

img

17-06-2015 [07:53]


QOÇ - Axşam saat 18-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı saatlarda isə ehtiyatlı olmalı, əsas vaxtınızı evdə keçirməlisiniz.

BUĞA - Bu gün istirahətə tamamilə ara verməli, işgüzarlığınızı artırmalısınız. Yeni işlərə başlamaq haqqında sövdələşmələr aparın. Bu addım böyük perspektivlərdən xəbər verir.

ƏKİZLƏR - İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Qanqaraldan işlərə meyl etməsəniz, hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlüklə maliyyə məsələlərinə həsr edin.

XƏRÇƏNG - Daxili süstlüyünüz təxminən saat 14-ə qədər davam edə bilər. Bu səbəbdən bəzi məsələlərdə ehtiyatlı olmalısınız. Günortadan sonra nüfuzlu və etibarlı adamlarla görüşməyiniz vacibdir.

ŞİR – Müəmmalı bir tarixdir. Özünüzlə bağlı situasiyaları nəzarətdə saxlaya bilməyəcəksiniz. Yaxşı olar ki, etibar etdiyiniz adamların rəyi ilə hesablaşasınız. Sizə kömək göstərəcəklər.

QIZ - Daxili duyğularınızı tənzimləmək üçün fiziki işlərdən uzaq olun. Bu gün ulduzlar məclislərdə iştirakınızdan da xəbər verir. Dəvətləri qəbul etməyə çalışın. Səhhətinizə fikir verin.

TƏRƏZİ - Sürprizlərlə dolu bir təqvim yaşayacaqsınız. Kiçicik gərginlikləri nəzərə almasaq, ətrafınızda cərəyan edən hər bir hadisə ürəyinizcə olacaq. Maraqlı görüşləriniz də gözlənilir. 

ƏQRƏB - Taleyüklü məsələlərin həlli üçün perspektivli təqvimdir. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən adamlarla görüşün. Məsuliyyətsizlik etməyin.

OXATAN - Həqiqətə yaxın olan arzularla yaşayın. Paxıl və bədxah adamlara fikir verməyin. Gələcək işlərinizi indidən planlaşdırın. Yeri gəlmişkən, bu gün uzaq yola da çıxmamalısınız. 

OĞLAQ - Qarşınızda dayanan bu təqvim hamıdan çox sizin üçün uğurlu olmalıdır. Odur ki, vaxtınızı boşa verməyin. Müxtəlif ünvanlara baş çəkməklə maddi və mənəvi rahatlıq qazana bilərsiniz.

SUTÖKƏN - Qarşınızda kifayət qədər uğurlu bir tarix durub. Xüsusilə nahara qədər baş verəcək hər bir prosesdən yararlanmalısınız. Çox istəyinizə çatacaqsınız, yalnız pulla bağlı riskli sövdələşmələri təxirə salın.

BALIQLAR - Daxili gərginliyiniz xeyli səngiyəcək. Əvəzində isə başınıza yeni ideya və perspektivli fikirlər gələcək. Həlli mürəkkəb olan işlərə girişməyin. Sizə passivlik yaraşmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA