“Azərsu”da ixtisar xəbəri yalan çıxdı

img

16-06-2015 [14:55]


"Azərsu”da kütləvi ixtisarların aparılması ilə bağlı mətbuatda yayılan xəbərlərə qurum rəsmi şəkildə aydınlıq gətirib.

"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Mia.az-a deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. O, vurğulayıb ki, "Azərsu”nun tabeliyindəki "Sutikinti" müəssisəsində 170 nəfər işləyir, 1000 nəfər işçinin ixtisara düşməsi isə cəfəngiyyatdır.

""Azərsu” ASC-də heç bir ixtisardan söhbət gedə bilməz. Ola bilər ki, kiminsə, əmək müqaviləsi bitsin, ola bilər ki, yaşa görə təqaüdə çıxsın. Amma heç bir kütləvi ixtisardan söhbət gedə bilməz. "Sutikinti” müəssisəsində işçilərin sayı 170 nəfərdir. Necə ola bilər ki, orada 1000 nəfər ixtisa olunsun? Bütün bunların hamısı səhv informasiyalardır”.

Qeyd edək ki, azadliq.info-nun yaydığı məlumata görə, dünən "Azərsu”nun tabeliyindəki "Sutikinti" müəssisəsində ixtisarlara başlanılıb. Məlumatda deyilir ki, artıq 1000 nəfərə yaxın işçi ixtisar olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA