Ağdamda yeni qalmaqal - İcra başçısının kadrı TQDK-nı zərbə altında qoydu

img

16-06-2015 [12:13]


Bir neçə gün əvvəl Ağdam məktəblərində keçirilən buraxılış imtahanı zamanı növbəti qalmaqal yaşanıb. Belə ki, Ağdam Təhsil Şöbəsinin müdir əvəzi Rahil Allahverdiyev direktorlara tapşırıq verib ki, buraxılış imtahanı verən bütün uşaqlardan  pul toplanılsın. Şöbə müdiri əvəzi şahadətnamə üçün 50 manat, atestat üçün isə 100 manat toplanılmasın istəyib. O toplanan pulları rayonda imtahan keçirən TQDK əməkdaşlarına verəcəyini bildirib.

Bu barədə AzMedia.info-nu məlumatlandıran mənbə Rahil Allahverdiyevin bu iddiasından və şagirdlərdən pul toplamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmmədovun nə qədər məlumatlı olması barədə heç bir şey söyləməyib. Amma Rahil Allahverdiyevin Raqub Məmmədovun sinif yoldaşı və qohumu olması barədə dövrü mətbuatda məlumatlar dərc olunur.
Qeyd edək ki, qısa müddət öncə Ağdam rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəb direktorları  prezident İlham Əliyevə və  təhsil naziri Mikayıl Cabbarova şikayət xarakterli  müraciət ediblər. Həmin müraciətdə direktorlar bildirirdi ki, icra başçısının adından Ağdam Təhsil Şöbəsinin müdir əvəzi Rahil Allahverdiyev onlardan pul tələb edir(Gunxeber.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA