Nazirlik PKK-ya qoşulan azərbaycanlı tələbələrlə bağlı araşdırmaya başladı

img

16-06-2015 [12:07]


Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbənin terrorçu PKK silahlı dəstəsi sıralarına qoşulması xəbəri Azərbaycanda ciddi səs-küy doğurub

Şimali İraqda çəkildiyi iddia edilən videoçarxda PKK terrorçularının sıralarında döyüşən azərbaycanlıların bu ilin aprel ayında Türkiyədə yoxa çıxan 3 tələbə olduğu iddia edilib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov modern.az saytına açıqlamasında bununla bağlı araşdırma apardıqlarını bildirib: "Bu barədə hələ bir söz deyə bilmərəm. Araşdırma aparırıq”.

Qeyd edək ki, bu il iyunun 6-da YouTube sosial şəbəkəsində "Azeri gençler PKK saflarında 1” adı altında özünü azərbaycanlı tələbələr kimi təqdim edən 3 şəxslə videomüsahibə yayılıb. Onlar PKK-ya xas olan geyimdədir, çiyinlərində "Kalaşnikov” avtomatı var. Videomüsahibədə gənclər Azərbaycandan oduqlarını, Türkiyə universitetlərində təhsil aldıqlarını və PKK-ya qoşulduqlarını təsdiqləyirlər. Onlar özlərini İldırım Bayazit Universitetinin tələbəsi Fərəməz Azəri, Turqut Ozal Universaitetinin tələbəsi Babək Hakır, Balikesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edirlər. Ehtimal etmək olar ki, hər üç şəxs ad və soyadını yanlış təqdim edib və ya özlərinə kod adı (şərti ad) seçiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA