İlham Əliyevlə Putinin Qarabağ müzakirəsi - Yeni detallar

img

15-06-2015 [19:15]


Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin Bakı görüşündən danışıb.

O, jurnalistlərə açıqlamasında prezidentlərin Dağlıq Qarabağ münaqişənin nizamlanması məsələsinə toxunduqlarını da bildirib.

"Başlıca olaraq, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri müzakirə edilib. Bu münasibətlər çoxistiqamətli və genişdir. Bizim münasibətlərimizin bütün meyarları təfsilatı ilə müzakirə olunub. Dağlıq Qarabağ məsələsinə toxunulub”, - deyə RF Prezidentinin mətbuat katibi bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA