Tiflis fəlakətdən sonra... - "Danışan" FOTOLAR

img

15-06-2015 [17:05]


Youtube videoportalında Gürcüstanın paytaxtı Tiflisin seldən sonrakı görüntüləri yayılıb.

Mia.az Anspress-ə istinadən xəbər verir ki, kadrlar quş uçuşu hündürlüyündən çəkilib. Videoda dağılmış yollar, boş küçələr və viran qalmış infrastruktur gözə dəyir. Sel nəticəsində Tiflisin mərkəzi Çavçavadze prospekti, Melikişvili küçəsi bağlanıb. Adıçəkilən yollarda avtomobillərin hərəkəti dayanıb.

Qeyd edək ki, 14 iyun tarixində leysan yağışdan sonra gələn sel Tiflisdə 12 nəfərin ölümünə səbəb olub. Sel evləri, Tiflis zooparkını basıb. 50 nəfər müxtəlif dərəcədə xəsarət alıb. 20 nəfər şəxs itkin düşmüş sayılır.

Hadisə nəticəsində ümumilikdə 300-dən çox heyvanın öldüyü bildirilir.
















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA