Tiflisdə dəhşət: 10 ölü, xeyli yaralı var; Heyvanlar zooparkdan qaçdı - VİDEO+FOTO

img

14-06-2015 [13:20]


Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanda güclü qasırğa küləyi daşqına səbəb olub.
 
Mia.az AzNews.az-a istinadən xəbər verir ki, Tiflisin küçələri tamamilə su altında qalıb. Hadisədə 10 nəfər ölüb, 20-dək şəxs yaralanıb, 10 nəfərin isə itkin düşdüyü deyilir. 

Daşqının Tiflis zooparkını tamamilə dağıtdığı bildirilir. Vəhşi heyvanlar zooparkdan qaçaraq şəhərin mərkəzinə doğru qaçıblar. Onların tutulması üçün xüsusi təyinatlılar cəlb olunub. 

Tiflis yollarında hərəkət məhdudlaşdırılıb. 

Qeyd edək ki, artıq Gürcüstan baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən son təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xəsarət alanlara kömək məqsədi ilə fövqəladə qərargah yaradılıb.




 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA