Qızı medal alan idmançıdan maraqlı hərəkət: prezidentə hərbi salam verdi - FOTO

img

14-06-2015 [00:38]



Prezident İlham Əliyev Avropa Oyunlarında 71 kiloqram çəki dərəcəsində qalib gələn güləşçilərin mükafatlandırma mərasimində iştirak edib.

 İlham Əliyev çempion azərbaycanlı güləşçi Rəsul Çunayevə medalı təqdim edib

Qeyd edək ki, Rəsul Çunayev finalda macar Balint Korpası ilə mübarizə aparıb. Güləşçimiz inamlı oyun nümayiş etdirib və rəqibini 3:1 hesabı ilə məğlub edib. Final görüşünü ölkə başçısı İlham Əliyevlə xanımı Mehriban Əliyeva da canlı izləyib.

Bununla Rəsul Çunayev güləşdə millimizin ilk qızılını qazanıb. Qələbədən sonra Çunayev Azərbaycan bayrağını götürərək meydanda dövrə vurub.
Daha sonra prezident, Ali Baş komandan İlham Əliyevə hərbi salam verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA