İcra başçısının evi yandı, başçı yanğınsöndürənləri yaxına buraxmadı

img

12-06-2015 [22:02]


Bu gün Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin evi yanıb.

Mia.az-ın musavat.com-a istinadən məlumatına görə, yanğın icra başçısınnın Ağsu rayonunun Pirhəsənli kəndində olan evində baş verib.

Yanğına elektrik xəttində olan qısaqapanmanı səbəb olduğu ehtimal edilir. Hadisə yerinə gələn yanğınsöndürənlərin icra başçısı tərəfindən həyətə buraxılmadığı deyilir. Yanğını icra başçısının yaxın qohumları söndürüblər.

Nəticədə ikimərtəbəli evin bir hissəsi, çardaq isə bütünlüklə yanıb. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA