Lukaşenko Əliyevlə görüşdü

img

12-06-2015 [11:45]


"Belarus və Azərbaycan bir-birilərinə çox yaxındırlar və əlaqələrinin yaxşı fundamenti var”.

Bu sözləri Bakıda səfərdə olan Aleksandr Lukaşenko prezident İlham Əliyevlə görüşü zamanı deyib. Belarus prezidenti Azərbaycanın Birinci Avropa Oyunlarına yeksək səviyyədə hazırlaşdığını bildirib: "Sizin oyunlara hazırlaşmaq üçün cəmi iki iliniz vardı. Əgər bu vaxta qədər heç nə etməsəydiniz, bu mümkünsüz də ola bilərdi. Biz şübhə etmirdik ki, hər şey həll ediləcək, lakin bu qədər qəşəng olacağını...Bu bizi heyrətləndirdi”.

Lukaşenko həmçinin qeyd edib ki, bu oyunların açılışına gəlməyə bilməzdi, çünki elə özü daha əvvəl Avropa qitəsində Olimpiya oyunları miqyasında bele bir oyunun keçirilməsini dilə gətirmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA