Prezident İlham Əliyev baş nazirlə müzakirə apardı - Qəbul

img

11-06-2015 [17:02]


Bu gün Prezident İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Gürcüstanın baş naziri İrakli Qaribaşvilini qəbul edib.

Mia.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Bununla yanaşı, görüş zamanı birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin önəmi qeyd edilib və bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə xidmət edəcəyi bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA