Kəmaləddin Heydərovdan xüsusi tapşırıq - Müşavirə

img

11-06-2015 [16:13]


Bu gün Fövqəladə Hallar Nazirliyində (FHN) Bakı-2015 birinci Avropa Oyunlarının açılış mərasiminə aidiyyəti üzrə hazırlıq işləri ilə əlaqədar fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə müşavirə keçirilib.

FHN-dən Mia.az-a verilən məlumata görə, müşavirədə ilk Avropa Oyunları ilə əlaqədar nazirlikdə yaradılmış Əməliyyat Qərargahının rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin Avropa Oyunlarının açılış mərasimi ilə bağlı aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlər barədə geniş məruzəsi dinlənilib.

Sonra nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları, Aviasiya dəstəsi, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Rabitə idarəsinin rəhbərləri görülən işlər haqqında məruzələr ediblər.

K.Heydərov Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün müvafiq tapşırıqlarını verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA