“Bunu dolanışıq halına çevirmiş şəxslər..." - Fuad Ələsgərovdan xəbərdarlıq

img

11-06-2015 [15:50]


"Son illərin statistikası göstərir ki, cinayət məsuliyyətinə cəlb edilən, məhkum edilən şəxslərin illik ümumi sayının orta hesabla 7 faizini dələduzluq cinayətini törədənlər təşkil edir”.

Bunu Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında çıxış edən Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib. 

Onun sözlərinə görə, Azərbaycanda cinayətkarlığın və cinayətkarlığa qarşı mübarizənin vəziyyəti daim tədqiq edilir: "Hüquq-mühafizə orqanların fəaliyyətində bu cür cinayətlərlə mübarizə daim diqqət mərkəzindədir. Bu işlər üzrə məhkəmə təcrübəsinin formalaşdırılması, plenumun keçirilməsi çox önəmlidir”. 

F. Ələsgərov qeyd edib ki, qanunvericiliyə görə məhkəmələr müvafiq cinayət işlərinə hüquqi qiymət verməklə yanaşı, buna şərait yaradan halları da müəyyən etməli, aradan qaldırmaq üçün zəruri tədbirlər görməlidir: "Bu cinayəti dolanışıq halına çevirmiş şəxslərə qarşı tədbir görülməlidir ki, onlar yeni dələduzluq imkanlardan məhrum edilsinlər. Azərbaycanın dinamik inkişaf etdiyi bir şəraitdə məhkəmələrin fəaliyyətinin də hər zaman təkmilləşdirilməsi zəruridir”.(azvision.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA