2850 nəfər məmur olmaq istədi, ancaq... - Dövlət Qulluğu Məsələləri üzrə Komissiya nəticəni açıqladı

img

11-06-2015 [14:20]


Bu ilin aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 31 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 212 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Mia.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 844-ü qadın namizəd olmaqla 2850 namizəd qeydə alınıb:

"75,72%-i gənclər olan namizədlərdən 999 nəfəri (35,05%) test imtahanında iştirak etməyib.  Test imtahanı mərhələsini 147-si qadın namizəd olmaqla, 548 namizəd uğurla başa vurub. 

Test mərhələsini uğurla başa vuran namizədlərdən:

-    181 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;
-    246 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;
-    121 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplaya bilməyiblər. Lakin onlar 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak edə bilər".

Məlumatda bildirilir ki, hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim edilib:

"Test imtahanı mərhələsinin nəticələrinə görə, daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:

-    Kənd Təsərrüfatı Nazirliyi – qeydə alınmış 957 namizəddən 203 nəfəri;
-  Dövlət Statistika Komitəsi – qeydə alınmış 588 namizəddən 130 nəfəri".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA