Nazirin qrafiki açıqlandı

img

11-06-2015 [11:04]


Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 19 iyun 2015-ci il tarixində saat 10:00-da Zaqatala şəhər 2 saylı orta məktəbdə (ünvan: Heydər Əliyev prospekti) Zaqatala, Balakən, Şəki və Qax rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

Strateq.az Nazirliyə istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt”i, həmçinin Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Zaqatala şəhəri, Nizami küçəsi 40, əlaqə telefonları: 050-683-17-40, 070-950-78-83, 024-22-5-35-15) xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA