10-06-2015 [23:12]
Ötən bazar günü Türkiyə Böyük Millət Məclisinə keçirilmiş parlament seçkilərinin ilkin nəticələrinə əsasən, dörd siyasi partiya parlamentdə qrup təmsilçiliyini qazana bildi.
HDP-nin Şərqi Anadolu bölgəsi olan İqdır vilayətindən irəli sürdüyü namizəd Kıznaz Türkelinin qələbəsi Azərbaycanda birmənalı qəbul edilməyib. Azərbaycanın Türkiyə ilə yeganə sərhədi olan və etnik azərbaycanlıların kompakt yaşadıqları İqdırda hər iki seçki dairəsində HDP-nin qələbəsi elan olunub.
BBC Azərbaycanca HDP-nin təmsilçisi Kıznaz Türkeli ilə telefonla müsahibə alıb. Strateq.az müsahibənin maraqlı qarşılanacağını nəzərə alaraq oxucalara təqdim edir:
Kıznaz Türkeli deyir ki, ailəsi Təbriz və Qum şəhərlərindən İqdıra gəliblər. İqdırda doğulub-böyüdüyünü deyən xanım Türkeli sonralar İstanbulda yerləşib – burada reklam tabloları istehsal edən bir atelye qurub, eyni zamanda sosialist ənənələrinə dayanan siyasi təşkilatlarda fəaliyyət göstərib. 1993-cü ildə gizli əməkçi toplantısında iştirakına görə həbs olunub.
Deyir ki, HDP-ə marağı da sosialist ideologiyasına bağlılığına görə olub.
- Seçimin sonuclarını necə dəyərləndirirsiniz?
- Əslində, seçim çalışmalarımıza və xalqımızın bizə göstərdiyi marağa görə seçim sonuclarının belə olacagından əmin idik. 12 illik AKP iqtidarından sonra xalqımız "artıq yetər” dedi. Həm iqtidara olan təpkiyə görə, həm də Xalqların Demokratikləşmə Partiyası (HDP) bütün xalqlara dini, dili, irqi, mənsub olduğu milliyyəti ilə bərabərhüquqlu təmsiliyyət haqqı tanıdığı üçün xalqımıza bir ümid olmuşdu. Bu baxımdan, seçim sonucları çox da sürpriz olmadı bizə.
- Necə oldu ki, əsasən kürd siyasi hərəkatı kimi tanınan HDP sizinlə təmsil olunmaq istədi? Çünki son iki seçimdə İqdırı kürd partiyasından hakimiyyətlə Abdullah Öcalan arasındakı üç vasitəçidən biri olan Pervin Buldan təmsil edirdi.
- Əslində, HDP bir Türkiyə partiyasıdır. Amma insanlardakı önyarğı üzündən HDP kürd partiyası kimi qəbul edilirdi. HDP-nin ortaq qurucularına baxıldığında sosialistləri, inqilabçıları, əməkçiləri, QHT-lərdən gələn insanları görmək olar. Mənim azəri kökənli olmam burdakı azərilərin səsini qazanmaq istəyi kimi qəbul edilməsin. Mən, zatən sosialist ənənələrindən gələn qadınam. Doğulma-böyümə iqdirlıyam, Mələkli kəndindənəm. Hər zaman insan olaraq, qadın, ana olaraq İqdır coğrafiyasında yaşayan kürd, tərəkəmə və azərilər arasında olan önyarğı məni çox üzürdü. Baxdığında, kürd və azərbaycanlılar arasında bir problem yoxdur.
Çünki bunlar bu coğrafiyada birlikdə yaşamışlar, qız alıb-vermişlər, birlikdə yaylağa getmişlər, mədəniyyətləri belə, bir-birinə bənzəməyə başlayıb. Uşaqlara baxanda görürsən ki, atası kürd anası azəri və ya əksinə atası azəri, anası kürddü. Ətlə dırnaq kimi olmuşuq. Ətlə dırnağı ayıra bilmədiyin kimi, xalqlarınızı da ayırmaq olmaz.
- Seçimə qədər HDP üzvü idinizmi?
- Bəli, partiyanın qurulduğu ilk günlərdən sıralarında olmuşam, tədbirlərində iştirak etmişəm.
- Hər iki tərəfdən Azərbaycan kökənlisinizmi?
- Heye. (İqdır şivəsində "Hə” deməkdir – müəll.) Qarışıq deyiləm.
- İqdırdakı Azərbaycan kökənli çevrənizdə necə qarşılayırdılar PKK-nın siyası qanadı kimi də tanınan HDP-dəki fəallığınızı?
- Mən seçim çalışmalarımda bu bölgədəki bütün azəri-kürd kəndlərini də, sadəcə azərilərin yaşadığı kəndləri də gəzib dolaşdım. Mən özümü tanıdarkən deyirdim ki, mən də azəriyəm. Mələkliyəm deyirdim. Onlar deyirdilər ki, biz, illərdir, bərabər eyni yaşamı paylaşmışıq. Xalqları bir-birinə buraxsınlar, yetər ki, milliyyətçi, faşist, irqçi ifadələrlə bir-birinin üzərinə qaldırmasınlar. Əslində, xalqlarımız arasında paylaşıla bilməyən bir şey, "aman-aman” deyəcəyimiz önyarğılar yoxdur. Əminəm ki, mənim namizədliyimlə də toxumları əkdim, gözəl bağçada rəngarəng çiçəklərin yetişəcəyinə əminəm.
- İqdırda etnik azərbaycanlı və kürdlər arasında hansı probemlər var ki, siz körpu olmaqla aradan qaldıra biləcəyinizi düşünürsünuz?
- Hər iki xalqda, özəlliklə də kürdlərdə incik önyarğılar var. Mən bunları qırmaq üçün körpu olacağam. İqdırda son iki dönəmdə bələdiyyə seçimlərini DTP və BDP qazanmışdı. Bələdiyyədə 400 nəfər çalışır. Bunların 43-ü kürd, qalanları isə azəri kökənlidir. Əvvəl söz çıxardılar ki, yeni bələdiyyə azəriləri işdən çıxaracaq, başqa idarələrə sürgün edəcəklər. Amma proses durumun heç də onların düşündükləri kimi olmadığını göstərdi. Əvvəlki azəri kökənli bələdiyyə başçısı haqda deyirlər ki, o, işçilərə 6 ayda bir maaş verirdi. İndi isə deyirlər ki, Allah bu bələdiyyədən razı olsun, gəldi, aclıqdan, səfalətdən qurtulduq.
- HDP-nin secki bəyənnaməsində "Ermənistana qarşı iqtisadi embarqonun qaldırılacağı, gərəkli iqtisadi, siyasi və diplomatik əlaqələrin inkişaf etdiriləcəyi, Türkiyə tərəfindən birtərəfli qapadilan Türkiyə-Ermənistan sərhədlərinin qeyd- şərtsiz açılacağı” vədi var. HDP-nin Azərbaycan kökənli təmsilçisi kimi bu vədləri necə şərh edirsiniz?
- İqdır əsasən, kənd təsərrüfatı bölgəsidir. Amma müxtəlif səbəblərdən bölgəmizdə kənd təsərrüfatı, heyvançılıq bitmə nöqtəsinə gəlib. İstər kürd xalqı, istərsə də azəri xalqı yoxsulluqdan əziyyət çəkir. İqdır coğrafi baxımdan çox stratejik əhəmiyyətə malik bölgədir. Qonşularımızla ticari əlaqələr genişləndirilərsə, İqdır bir ticarət mərkəzi olma yolunda irəiləyə bilər. Əslində, süni dümənliklər, yəni səbəbsiz düşmənliklər qaldırılmalıdır. Xalqlarımız arasında cox problem yoxdur. Bölgədən, iqtidardan və ya sistemdən qaynaqlanan, sərməyadarların çıxardığı bəzi problemləri aradan qaldıra bilsək, problem öz-özünə həll olunacaq.
- İqdırda zaman-zaman Türkiyə-Ermənistan qapılarının açılması ehtimallarına qarşı etiraz aksiyaları keçirilib. Yaxşı, bəs, HDP tərəfindən parlamentə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi müzakirəyə çıxarılarsa, Azərbaycan kökənli millət vəkili kimi İqdırın maraqlarını müdafiə edəcəksiniz, yoxsa HDP-nin?
- Yeri və zamanı gəldiyində oturub baxacam, incələyəcəm, ona görə qərarımı verəcəyəm. Önümə gələcək olan o cür qərarları öncə hansı xalqın yararına, hansı xalqın zərərinə olduğunu araşdırmam lazımdır.
- Sərhədin açılması ilə bağlı artıq illərdir, müzakirələr gedir, yəni proses haqda məlumatınız var yəqin...
- İqdırın yalnız Ermənistana qapısı yoxdur ki. İndi zatən normal baxdığın zaman insanlar qaçaq yolla hər cür alış-veriş edirlər. Bunlar hər kəs tərəfindən bilinən şeylərdir. Bizim (İqdırın) dörd sərhəd qapımız var.
- Türkiyə-Ermənistan qapısının açılmasına və Türkiyənin Ermənistana qarşı iqtisadi sanksiyalarının ləğvinə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına qarşı, yoxsa tərəfdarsiniz?
- Düşünürəm ki, indiyə qədər mövcud olan iqtidar manevrler etdi. Bölgədəki xalqları aldadaraq bəzi şeylər etdi. Mən hər iki xalqın təmsilçisiyəm. Önümə gələn qanun layihələrinə öncəliklə hər iki xalqımın, özəlliklə də azəri xalqımın çıxarlarını incələyib ona görə qərar vermək istəyirəm. Amma indi qəti bir şey söyləmək istəmirəm.
- Azərbaycanda olmusunuzmu?
- Yox, getmədim. Amma burda universitetdə Naxçıvandan gələn müəllimlərlə çox söhbət eləmişəm. Və anlamışam ki, azərilərin dili də assimilyasiya olub. Mən öz dilimdə danışmaq istəyirəm, amma bir naxçıvanlı ilə söhbət etdiyim zaman dilimizin nə qədər assimlyasiyaya uğradığını, mədəniyyətimizin yox edildiyini, musiqimizin degenarasiya olduğunu hiss edirəm. Mən də istəyirəm ki, xalqım öz dilini, mədəniyyətini, öz məzhəbini icra etsin.
Prezident Erdoğan paralelçilər (Nurçular) haqda danışarkən "bunlar şiyələrdən də pisdir” deyə bizlərə dil uzatmışdı. Azərilər buna çox mənfi baxırlar. Mövcud iqtidar "aləvilik bir dindirsə, mən onu tanımıram” demişdi. Sünnülərdən başqa sanki bu ölkədə başqa məzhəb yoxdur. Biz caferiyiz. Cami inşa edərkən bizim imamlar heç bir zaman Diyanət İşləri Başkanlığından heç bir maddi yardım almır. Xalqımız topladığı ianələrlə caminin xərclərini maliyyələşdirir. Bu bölgədə biz də yadlaşdırılırıq.
Kürdlərin dili qəsb edilir, bizim inancımız. Burda da biz kürd xalqı ilə ortaqlaşırıq. İqtidardan olan hər iki millət vəkilliyinə namizəd olaraq deyirik ki, bu ölkədə kürdlərin dili rədd edilirsə biz kürdük, azərilərin dini inancları yadlaşdırılırsa, biz şiyəyik, aləvilərin dinləri rədd edilirsə, biz aləviyik. Biz məzlumların patiyasıyıq. Xalqlarımızı bizə buraxsınlar. Milliyyətçi, irqçi, şovinist duyğular artıq xalqlarımızın üzərindən çəkilsin.
- Kökəniniz Azərbaycanın hansı bölgəsindəndir?
- Bizim kökənimiz İran Azərbaycanındandır. Təbrizdə və Kumda qohumlarımız var.
- Hazırda nə işlə məşğulsunuz?
- Reklamçıyam. Reklam və tablo hazırlayan atelyem var.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi