10-06-2015 [15:47]
"Müasir Müsavat Partiyası siyasi alverlə məşğul deyil. Belə alverlə ölkədə bir partiya məşğul olur o da, Müsavatdır”.
Bunu Modern.az saytına açıqlamasında son zamanlar Müsavat Partiyası ətrafında gedən "mühacir qalmaqalı”na münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
O bildirib ki, təmsil etdiyi partiya üzvləri mühacir həyatı yaşamağı heç vaxt fikirləşməyib:
"Vətəndaşlarımıza da bunu arzu etməmişik. Söz öz yerin tutur. Mən deyəndə ki, Müsavat Partiyasında İsa Qənbər, Arif Hacıyev siyasi mühacir biznesi ilə məşğuldurlar, haqqımda xoşagəlməz ifadələr eşidirdim. Çoxları belə düşünürdü ki, Hafiz Hacıyev kiməsə şər atır, qaralayır. O vaxtlar kim xaricə gedirdisə, onun mühacir statusu alması üçün sənədlərinə möhür vururdular”.
Hafiz Hacıyev Müasir Müsavat Partiyasına təzyiqlərdən də danışıb: "Azərbaycanda milləti saymayan, haqqını özünə qaytarmayan məmurlar var. Hafiz Hacıyev onlara qarşı həmişə mübarizə aparıb. Məndən kəskin faktlarla çıxış edən ikinci bir müxalif partiya sədri görməmişəm. Amma mən heç vaxt dövlətçiliyə zərbə vuran addım atmamışam, bundan sonra da atmayacağam.
Təbii, ölkədə korrupsiya, saymamazlıq, məmur azğınlığı kimi böyük nöqsanlar var. Amma bu demək deyil ki, biz dövlətə xəyanət edək. Həmişə dövlətin yanında olmuşuq, hökumətin pislərini tənqid etmişik, yaxşılarını tərifləmişik. Bizim mühacir alveri ilə məşğul olmağa nə vaxtımız, nə də həvəsimiz var. Bununla məşğul olanlar işlərini davam etdirsinlər”.
Hafiz Hacıyevin sözlərinə görə, Müsavat Partiyasının xaricdə mühacirətdə olan bəzi üzvləri zəng edib ondan kömək istəyiblər:
"Onlar 3-5 min manat pul verdiklərini deyirlər. Müsavat Partiyası Məhdud Məsuliyyətli Cəmiyyətdir və həmişə pul yığmaqla məşğul olub. Onlar ölkə vətəndaşlarının etimadlarından sui-istifadə edib dələduzluqla məşğul olduqları üçün cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi