10-06-2015 [14:52]
Bu gün Bakı Apelyasiya Məhkəməsində həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı hökmdən verilən şikayət üzrə hazırlıq iclası keçirilib.
Bu barədə məlumat verən zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, məhkəmə prosesi iyun ayının 24-nə təyin edilib:
"Bu gün hazırlıq iclasına başlanıldı. Məhkəmənin baxış iclasına təyin edilməsində heç bir maneə olmadığı üçün proses baş tutdu. Qarşı tərəf qanunvericiliyə olunmuş dəyişikliyi əsas gətirərək, mənim prosesdən uzaqlaşdırılmağım üçün şifahi vəsatət verdi. Lakin hakim bildirdi ki, bu məsələ artıq öncəki məhkəmə proseslərində öz həllini tapıb. Buna görə də qarşı tərəfin mənimlə bağlı irəli sürdüyü şifahi vəsatəti ləğv edildi.
Zərərçəkənin vəkili kimi hesab edirəm ki, birinci instansiya məhkəməsində 124.1 (səhlənkarlıqdan insanın ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə cinayəti sübuta yetirilmiş anestezioloq Firuz İbrahimovun cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməklə iki il azadlıqdan məhrum edilməsi o həkimin törətdiyi cinayət əməlinə adekvat cəza deyil. Bu baxımdan müvəkkilim Anar Niftəliyev cəza rejiminin dəyişdirilməsi və həbs edilməsi üçün verdiyi şikayət haqlıdır”.
Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb. 2014-cü il aprelin 10-da iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.
Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə məhkəmə prosesi 19 noyabr 2014-cü ildən başlayıb. 23 aprel 2015-ci ildə iki maddə ilə suçlanan anestezioloq Firuz İbrahimov barədə cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməklə iki illik həbs hökmü çıxarılıb(Axar.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi