İlkin Abdiyev: “Birinci Avropa Oyunlarının burda keçirilməsi Azərbaycan xalqının böyük uğurudur”

img

10-06-2015 [11:38]


 "Birinci Avropa Oyunlarının dünya ölkələri arasında məhz Azərbaycanda keçirilməsi Azərbaycan xalqının böyük uğurudur”. Bunu mətbuata açıqlamasında Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyinin rəhbəri, Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin icraçı direktoru İlkin Abdiyev Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsinə cəmi üç gün qalması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, ilk Avropa oyunlarının başlanacağı tarix, 12 iyuna sayılı günlər qaldıqca, həyəcan birə beş artır: "Çünki, ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsi, aylardır sürən bu təmtaraqlı hazırlıqlar abu-havasında həyəcanlanmamaq mümkün deyil. Xatirimdədir, Avrovisionun ilk dəfə Azərbaycanda keçirildiyi zaman da, Azərbaycan xalqı, xüsusən də gəncləri arasında böyük bir coşqu var idi. Hesab edirəm ki, bu oyunlar Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazmış olacaq. Bu eyni zamanda, post sovet məkanında Azərbaycan kimi qüdrətli və sürətlə inkişaf edən ölkə olmasının baris nümunəsidir. I Avropa Oyunlarının təşkili və ona ev sahibliyi etmək, keçirmək böyük şərəf olduğu kimi, eyni zamanda böyük məsuliyyət də tələb edir. Ulu Öndər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin qarşısında yeni imkanlar açmaqla yanaşı, gənclərimizi daha səylə çalışmağa və fəal olmağa həvəsləndirir. Azərbaycanda gənclərin fiziki hazırlığına xüsusi həssaslıqla yanaşılmasını diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramlarında bu sahəyə, xüsusilə idmana qayğı bu gün bəhrəsini verməkdədir. Belə ki, mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına uğurla ev sahibliyi edən Azərbaycan bu gün növbəti birincilik təşəbbüsünün müəllifi kimi diqqətləri öz üzərinə çəkməyə müvəffəq olub. Azərbaycanın dünyada və Avropada idman dövləti kimi tanındığını dəfələrlə vurğulayan Prezident İlham Əliyevin dediyi kimi, bizim bu sahədə gözəl təcrübəmiz var. Məhz bu baxımdan əminliklə deyə bilərik ki, Birinci Avropa Oyunları da, yüksək səviyyədə təşkil olunub. Çünki bu təşkilatçılıq hamımızın gözləri önünüdə, il boyu böyük zəhmət müqabilində ərsəyə gəlməkdədir. Avropa Oyunlarının təşkilat qrupunda bir gənc QHT rəhbəri olaraq, demək istərdim ki, Azərbaycan Avropanı qəbul etməyə tam şəkildə hazırdır. Qısa zaman kəsiyində istər infrastrukturda, istərsə də idmançıların, turistlərin qarşılanmasında aparılan işlər təqdirəlayiqdir. Bu işlər üçün çəkilən zəhmət və verilən böyük əmək Azərbaycanın müasir, sivil və zəngin mədəni irsə malik ölkə kimi tanınmasında böyük rol oynayacaqdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA