DYP rəsmisi Elnur Məmmədlinin biznes fəaliyyətinə aydınlıq gətirməkdən yayındı

img

09-06-2015 [18:26]


Pekin Olimpiadasının qızıl medalçısı, Yol Patrul Xidmətində baş inspektor vəzifəsində çalışan Elnur Məmmədli saytlardan birinə verdiyi müsahibəsində 6 marketə sahib olduğunu bildirib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Ölkə.az-a açıqlamasında bu barədə münasibət bildirmək istəmədiyini bildirib:

Vaqif Əsədovdan Elnur Məmmədli — AÇIQLAMASI

"Şəxsi məsələyə münasibət bildirmək istəməzdim. Hər kəs dediyi sözün üzərində özü dursun. Bunu təbliğat işinə bir aidiyyatı olmadığına görə, məsələyə münasibət bildirmək istəmirəm. Mənim tutduğum vəzifə "Yol hərəkəti haqqında" qanunun təbliğatını aparmaqdır. Bu məsələ mənim funksional vəzifəmə aid olmadığından bu sualı cavablandıra bilmərəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA