Sabahdan Bakıda bu yollar da bağlanacaq (Xəritə)

img

09-06-2015 [12:49]


Sabahdan Bakıda bağlanacaq yollar açıqlandı. 

Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Bakı 2015 kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar olaraq 10-14 iyun tarixləri arasında Bilgəh qəsəbəsində bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

10 və 11 iyunda saat 05:00-dan 14:00-a, 13 iyun saat 08:30-dan 18:30-a, 14 iyunda saat 08:30-dan 19:00-a kimi Zağulba yolu, Bakı Dairəvi II yolu bağlanacaq. 

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yollar, vaxtlar və alternativ yollar haqqında məlumatlar aşağıdakı xəritə qeyd olunub(Ans).

Xatırladaq ki, I Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də olacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA