Zakir Həsənov üçün əlamətdar tarix...

img

09-06-2015 [12:06]


Bu gün Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun doğum günüdür

Nazir 56 yaşını qeyd edir.

Xatırladaq ki, Zakir Həsənov 9 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədəkAlmaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

Z.Həsənov 1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 

O, 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş Idarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

Z.Həsənov 2003-2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsində çalışıb. 

Azərbaycan Respublikası Prezidentinin 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə ona general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.

Z.Həsənov 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib və prezidentin sərəncamı ilə ona general-polkovnik rütbəsi verilib. 

Nazir alman, ingilis, rus və türk dillərində sərbəst danışa bilir. 

Ailəlidir. 1 oglu, 1 qızı var.(azvision.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA