09-06-2015 [11:44]
Mia.az aznews.az-a istinadən xəbər verir ki, bu haqda məlumat hər iki şəxsi qətlə yetirən və könüllü olaraq polisə təslim olan 35 yaşlı Fədail Hüseynovun dünən keçirilən məhkəmə iclasında açıqlanıb.
Məlum olub ki, Fədailin indiyədək açıq qalan 3 cinayət işi olub. O, Vəsilə Həsənovanın həm sürücüsü olub, həm də onun tapşırıqlarını yerinə yetirib.
Fədailin bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işlədiyi aşkar edilib.
Ən maraqlı fakt isə onun "dəlilik” kağızı ilə Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Sağlamlıq Mərkəzinin qeydiyyatında olmasıdır.
Alınan məlumata görə, Fədail Hüseynov, ümumiyyətlə cinayətə meylli olub və dəfələrlə bir neçə vətəndaşa qarşı zor tətbiq edib. Çox böyük ehtimalla "dəlilik” kağızını da o, bu əməllərini ört-basdır etmək üçün alıb.
İdmançı görkəmi və boyu 2 metrə yaxın olan bu şəxsin ictimaiyyət arasında bu cür aktiv olması da bəzi suallar yaradır.
Qeyd edək ki, ki, əslən Qərbi Azərbaycandan olan ər və arvad amansızcasına qətlə yetirilib. Fədail Hüseynov Vəsilə Həsənovanın başını kəsib, onun həyat yoldaşı Vəfadar Həsənovun isə ürəyinə bıçaqla zərbə vurub.
İlkin versiyaya görə, o, izi itirmək üçün mərhumların yaşadıqları evi yandırıb.
Ancaq bu fakt sonradan öz təsdiqini tapmayıb. Belə ki, hadisə vaxtı divanın üstünə siqaret düşüb və tüstülənmə yaranıb. Səs-küyə gələnlər yanğının başlamasının qarşısını alıblar. Bunu ailəyə yaxın olan şəxslər bildiriblər.
Xatırladaq ki, hadisə olan gün Vəsilə Həsənova 40-cı yaşına qədəm qoyacaqdı. Onun əri Vəfadar Həsənov xanımını təbrik etmək üçün elə gecə ikən sifariş etdiyi tortu və gül dəstəsini ona təqdim edir. Bir neçə dəqiqə sonra isə onların hər ikisi qətlə yetirilir.
Qonşuların sözlərinə görə, onların yaşadıqları M.Ziyadov küçəsində yerləşən iki mərtəbəli həyət evi müasir təhlükəsizlik sistemi ilə təchiz edilib. Amma evi və ev sahiblərini yaxşı tanıyan F.Hüseynov hasardan üzüm çardağına dırmaşmaqla birinci təhlükəsizlik maneəsini asanlıqla yarıb və çardaqdan ikinci mərtəbədəki eyvana daxil olub. Cinayətə əvvəlcədən hazırlıqlı olan F.Hüseynov burada qəfil hücumla ər-arvada bıçaqla çoxsaylı zərbələr endirib və onların öldüyünə əmin olandan sonra evdən çıxıb.
Səs-küyə gələn uşaqlar və ailənin digər üzvləri qətlin məhz tanıdıqları Fədail tərəfindən törədildiyini görüblər.
Hadisə ilə bağlı ilkin araşdırma və əməliyyat-axtarış tədbirlərinə başlayan hüquq-mühafizə orqanları F.Hüseynovun atası Güloğlan Hüseynovu və qardaşı Nuru Hüseynovu polis idarəsinə dəvət ediblər. Bu müddət ərzində o da məlum olub ki, F.Hüseynov məlum cinayəti törətməzdən az əvvəl və ya az sonra Həsənovların Saray qəsəbəsində yerləşən digər evinə gedibmiş və burada hansısa sənədləri axtarırmış.
Dünən saat 10:45 radələrində atası ilə telefonda danışan F.Hüseynov özü polis idarəsinə gələrək təslim olub. Onun cinayəti törətdiyi bıçaq hadisə yerinin yaxınlığındakı həyətdən tapılıb.
***
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dünən Abşeron Rayon Məhkəməsində keçirilən iclasda Fadail Hüseynov Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi (iki və ya daha çox şəxsi öldürmə) ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi