Ali məktəblərin bakalavr pilləsinə qəbul qaydalarına yenilik gətirmənin vaxtı çatmadımı?

img

08-06-2015 [23:14]



Milli Məclisin (MM)Elm və təhsil komitəsi, Təhsil Nazirliyi və ya TQDK rəsmiləri gələcəyimiz olan gənc nəslin ən önəmli problemlərindən biri olan təhsil hüquqlarina niyə belə biganə yanaşır? Milli Məclisin (MM) Elm və təhsil komitəsi gələcəyin potensial gənc seçicilərinin bu problemlərini niyə MM-nın gündəmində müzakirəyə çıxarmır? Axı bu il MM-ə sçki ilidir. Bəlkə bu problemlər həmin komitənin rektor üzvlərinə sərf etmir? İmkansız savadlı tələbələrə belə köməklik edirik deyən rektorlarımız bu probləmləri həll etsələr ən böyük kömək olmazmı.
Təhsil Nazirimiz yüksək potesiallı, savadlı kadırların hazırlanmasında maraqlı deyilmi?
Əvvəlcə ödənişli və ödənişsiz ballar arasındakı fərqə nəzər yetirək.Məsələn: BDU-da Rus şöbəsi üzrə: Regionşünaslıq ixtisası: ödənişli 150 bal,ödənişsiz keçid balı 472.
Coğrafiya: 237,ödənişsiz keçid balı 451.
Beynəlxalq əlaqələr: 408,ödənişsiz 628.
Cəmi bir neçe ixtisası göstəririk.Əgər 408 bal ilə Beynəlxalq əlaqələr ixtisası üzrə ödənişli yeri yazmış tələbə ilə məsələn, 600 bal toplayan tələbə arasında fərq qoyulmursa,belə yanaşmanı necə qiymətləndirək? Məgər bu cür absurd yanaşmaya son qoymaq üçün gec deyilmi? Məsələn, iqtisadiyyat fakultəsinin ödəniş haqqı 2500 manat, keçid balı 150 bal olub, 550 bal toplayan tələbə də 2500 manat ödəməli, cəmi 150 bal toplayan tələbə də həmin məbləği ödəməlidir?
Axı, 150 bal üçün nəzərdə tutulan məbləğ 2500 manat, 250-350 bal arası toplayan tələbə 2000 manat, 350-450 bal arası nəticə göstərmiş tələbə 1500, 450-555 bal arası bal toplayan tələbə 1000 manat məbləğində ödəniş haqqı verməsi daha ədalətli yanaşma olmazmı? Azərbaycan Dövlət İqtisad Universitetinin 2-cı qurup üzrə "Biznesin İdarə edilməsi” ixtisaı üzrə ödənişli keçid balı 194,ödənişsiz 533 ödəniş haqqı 2500 manat,194 bal toplayan tələbənində 2000 manat, 530 bal toplayan tələbənin də 2000 manat ödəniş haqqı verməsi nə dərəcədə doğrudur?
Bu siyahını o qədər uzatmaq olar ki... düşünürəm bu cuzi şərh yetər.
TQDK-nın, Təhsil Nazirliyinin bu ciddi, bütün valideynlərin, abituriyentlərin bir nömrəli marağı olan bu məsələyə baxması, fikrimcə çox gec qalmış həlli mümkün olan məsələlərdəndir. Təki müvafiq instansiyalar bu ciddi problemə nəzər atsınlar.

"Zaman və Biz” qəzeti Sübhan Arifoğlu

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA