08-06-2015 [16:38]
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub.
Mia.az xəbər verir ki, toplantı iştirakçıları ilk öncə Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə münasibət bildirib. Seçkilərin dinc, demokratik və qanuni keçirilməsinə diqqət çəkən toplantı iştirakçıları qardaş ölkə xalqını Türkiyə dövlətinin siyasi gələcəyinə işıq salan bu seçkilər münasibəti ilə təbrik edib, seçkilərin nəticələrinin türk xalqının mənafeyinə xidmət edəcəyinə və Azərbaycanla iqtisadi, siyasi, mədəni əlaqələrin daha dərin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edub.
İdarə Heyəti ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına sayılı günlər qalmış bir sıra Avropa dövlətləri rəhbərlərinin bu beynəlxalq tədbirdə iştirak etməyəcəyi ilə bağlı səslənən bəyanatların cəmiyyətimizdə birmənalı qarşılanmamasına diqqət çəkib və bu addımların arxasında hakimiyyətin ölkədə insan hüquq və azadlıqlarına məhəl qoymamasının olduğunu diqqətə çatdırıb. İdarə Heyəti hakimiyyəti bu tədbirin dövlətimiz üçün böyük əhəmiyyət kəsb etməsini nəzərə alaraq Avropa dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən insan haqları, demokratiya barədə irəli sürülən tələbləri yerinə yetirməyə, ölkədə vətəndaş hüquq və azadlıqlarının, söz, mətbuat özgürlüyünün qorunması, siyasi məhbus probleminin həlli, vətəndaş cəmiyyəti institutları üzərində qoyulan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində addımlar atmağa çağırıb. Eyni zamanda, bu tədbirlərin keçirilməsi adı altında vətəndaşları konstitusiya ilə müəyyənləşən hüquqlarının, o cümlədən onların sərbəst hərəkət etmək, istirahət hüquqlarının pozulmasının yolverməz olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti, eyni zamanda, "Beynəlxalq Avrasiya Hərəkatının” lideri, Kremlin qeyri-rəsmi sözçüsü kimi tanınan Aleksandr Duqinin Azərbaycan hakimiyyətini Dağlıq Qarabağla bağlı heç bir ilkin şərt qoymadan Avrasiya İttifaqına qoşulmaqla bağlı səsləndirdiyi təhdidedici bəyanata münasibət bildirib və bu cür bəyanatların arxasında Putin Rusiyasının postsovet məkanında müstəqillik əldə etmiş ölkələri yenidən işğal altına salmaq planlarının durduğunu qeyd edib. İdarə Heyəti məhz Rusiya dövləti tərəfindən Gürcüstan, Moldova, Ukrayna, Azərbaycan ərazilərinin bir hissəsinin işğala məruz qaldığına diqqət çəkib və bu işğalçı siyasətin qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti BMT-nin işğalla bağlı qətnaməsini tətbiq etməyə və Rusiyanı dünyada işğalçı dövlət kimi tanımağa səsləyib.
İdarə Heyəti Azərbaycan hakimiyyəti tərəfindən ATƏT-in Layihələr Koordinatorunun Bakıda fəaliyyəti bağlanması xəbərindən narahat olduğunu, məhz beynəlxalq demokratik institutların fəaliyyətinin durdurulmasından sonra Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasının daha intensiv xarakter almasından əndişə duyduğunu bildirib. Və hakimiyyəti ATƏT və AŞ qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün onların yerli strukturlarının səlahiyyətlərinin artılımasına çağırıb.
İdarə Heyəti Azərbaycanın uzun müddət Avropa Şurası, Avropa birliyi və hazırda İslam Konfransı Təşkilatının Avropa birliyində nümayəndəsi olan, diplomat A.Məmmədovun sosial şəbəkələrdə məmurlar tərəfindən xalqımızın başına gətirilən bəlalarla bağlı fikir bölüşməsindən sonra ona qarşı başlanan çirkin kampaniyanı qətiyyətlə pisləyib və hakimiyyəti ölkəmizin beynəlxalq aləmdə tanınması istiqamətində çiddi səylər göstərən bir diplomata qarşı yönəlmiş təzyiqlərə son qoymağa çağırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi