Nazirlik insanlara xəbərdarlıq etdi - Çölə çıxmayın

img

08-06-2015 [13:31]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) iyunun 9-11-də günorta saatlarında isti diskomfort şəraitinin bəzi meteohəssas insanlarda narahatçılıq hissi yarada bilməsi ilə bağlı xəbərdarlıq edbr.

Mia.az ETSN-in Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, iyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 25-30 dərəcə isti olacaq.

İyunun 9-11-də Abşeron yarımadasında meteoamillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti diskomfort şəraiti bəzi meteohəssas insanlarda narahatçılıq hissi yarada bilər.

İyunun 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA