Azərbaycanda məmurun və həyat yoldaşının boğazını kəsdilər - Dəhşətli qətl (FOTO)

img

08-06-2015 [11:25]


Bu gecə Abşeron rayonunda dəhşətli qətl hadisəsi baş verib. 

Məlumata görə, Saray qəsəbəsində yaşayan, qəsəbə bələdiyyə sədri və onun həyat yoldaşı amansızcasına öldürülüb.

Hadisə bələdiyyə sədrinin evində olub. Bələdiyyə sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı 1976-cı il təvəllüdlü Vəfadar Əbdilhəsənov bu gecə qətlə yetirilib. Onların boğazında və bədəninin bir neçə nahiyyəsində bıçaq xəsarətləri olub.

Hadisəni törədən 1980-cı il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Artıq polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İlkin ehtimala görə, hadisə şəxsi münaqişə zamanı qeydə alınıb. Mübahisə torpaq üstündə olduğu ehtimal olunur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

ANS



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA