Kürdlər Azərbaycanda nə qədər səs yığıb? - Şəhərlər üzrə nəticələr açıqlandı

img

08-06-2015 [10:28]


Ötən gün Türkiyə parlamentinə seçki keçirilib. Azərbaycanda yaşayan türklər də bu hüquqlarından istifadə ediblər. 

ANS PRESS-in "Milliyət"ə istinadla verdiyi məlumata görə, seçki Bakı səfirliyi, Gəncə və Naxçıvan konsulluqlarında baş tutub. 

Azərbaycandan gələn səslərin 100 faizi də hesablanıb. Nəticələrə görə, Bakıda CHP (Cümhuriyyət Xalq Partiyası), Gəncə və Naxçıvanda isə AKP (Ədalət və İnkişaf Partiyası) liderdir. 

Bakıda keçirilən səsvermədə CHP liderdir. Bu partiya 508 səs (30.01 faiz) toplayıb. Hakim AKP isə 460 (27.17), HDP 355 (20.96), MHP (Milliyətçi Hərəkat Partiyası) 302 (17.84 faiz) toplayıb. 

Gəncədə AKP 20 (37.03 faiz), MHP 13 (24.07 faiz), HDP 12 (22.21 faiz), CHP 7 (12.96 faiz)

Naxçıvanda - AKP 42 (43.29 faiz), CHP 26 (26.80 fazi), MHP 14 (14.43 faiz), HDP 7 (7.21 faiz)

Ümumi nəticələrdə CHP 29, 34; AKP 28,31; HDP 20,28; MHP 17,84, digərləri isə 4,23 faiz səs toplayıb. 




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA