Abutalıbov 3 villanı sökdü, yerində ağac əkdirir - VİDEO

img

06-06-2015 [18:47]


Dostluq parkında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən villaların sökülmə prosesi davam edir. 

Mia.az Ans TV-yə istinadən xəbər verir ki, bu həftə parkda daha 3 villa sökülüb və bununla sökülən qanunsuz tikililərin sayı 45 çatıb. Villaların söküldüyü əraziyə çoxsaylı işçi və texniki qüvvə cəlb olunub.

Söküntü prosesinin şərh edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sözlərinə görə, söküntü işlərinin getməsinə baxmayaraq hələ də bir neçə villa var ki, orada tikinti işləri aparılır.

Qeyd edək ki, sökülən villaların yerində ərazini yaşıllaşdırmaq məqsədilə ağaclar əkilir və Bakı meri Hacıbala Abutalıbov özü də ağac əkənlər sırasındadır.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA