Artur Rasi-zadə daha bir qərar verdi, qaydalar dəyişdi

img

06-06-2015 [18:33]


Azərbaycanda "Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib

Bu barədə baş nazir Artur Rasizadə qərar verib.

Qərar Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın tədbirlər planının 3-cü və 10-cu hissələrinin icrasını təmin etmək məqsədi ilə qəbul olunub.

Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilməsi ilə əlaqədar Nazirlər Kabineti "Uşaq evlərinin Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1994-cü il 19 sentyabr tarixli qərarını ləğv edib.

Qeyd edək ki, nizamnamənin mətni ilə aşağıdakı linkdən tanışa ola bilərsiniz.

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=71484


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA