Oliqarx Bakıdakı əmlakını satışa çıxardı - Milyonluq alqı-satqı

img

05-06-2015 [18:04]


Bakıda 17 milyona satışa çıxarılan ticarət mərkəzi ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Bu məlumatlar sırasında xüsusi olaraq keçən xətt "İnqilab Plaza”nın kimə məxsus olduğu və kim tərəfindən alınacağı haqda səslənən iddialardır.
 
Axar.az-ın əldə etdiyi məlumata əsasən, Nərimanov rayonu, Həsən Əliyev 36 ünvanında yerləşən "İnqilab Plaza”da işlərin yaxşı getmədiyi, Beynəlxalq Bankdan alınan və gecikdirilmiş kredit borcuna görə rəhbərliyin binanı satışa çıxarmağa məcbur qaldığı qeyd edilir.
 
Məlumatda bildirilir ki, sözügedən ticarət mərkəzi iş adamı İsfəndiyar Axundova aiddir və o, götürdüyü kreditləri ödəyə bilməsi üçün plazanı satışa qoymaq qərarına gəlib. İctimaiyyət arasında "Şərurlu İsfəndiyar” kimi məşhur olan tikinti maqnatının 17 milyona bu obyekti satmaqla borclarını bağlaya biləcəyi deyilir.
 
Satışa çıxarılan "İnqilab plaza”nın 4 mərtəbəsində ASAN xidmət yerləşir. İsgəndər Xəlilovun bina ilə maraqlandığı bildirilir.
 
ISR Şirkətlər Qrupunun prezidenti İsgəndər Xəlilov Rusiyada yaşayır. Onun Bakıda tikdirdiyi binalar var. Hətta onun keçmiş "Bakı” mehmanxanasının yerində yeni plaza tikdirdiyi söylənir.
 
İ.Axundov isə Axar.az-a eksklüziv açıqlamasında binanın sahibi, satışa çıxarılması və alıcısı barədə yalnız bunları dedi: "Binanı satırlarsa, yaxşı edirlər, mənim bundan xəbərim yoxdur”.
 
Qeyd edək ki, 7 mərtəbəli, ümumi sahəsi 7 min kv/m olan ticarət mərkəzi "İnqilab Plaza” 2011-ci ilin sentyabrında istifadəyə verilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA