Prezident İlham Əliyev və xanımı daha iki açılış etdilər

img

05-06-2015 [12:30]


Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının və "Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak ediblər. 

Mia.az AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan Prezidenti və xanımı burada yaradılan muzeylə tanış oldular.

Dövlət başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra dövlət başçısı "Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev və Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA