Əli Həsənov: "12 il işləyənə "Tərəqqi", 15 il işləyənə..." - Jurnalistlərin toplantısı (Yenilənib)- FOTOLAR

img

05-06-2015 [12:07]


Bu gün Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun media kapitanları ilə görüşü keçirilir. 


Əli Həsənov tədbirdə çıxış edərək, ölkədə keçiriləcək ilk Avropa Oyunlarına dəstək verdiyinə görə mətbuata təşəkkürünü bildirdi. "Avropa Oyunları Azərbaycan tarixinin önəmli səhifəsidir. İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycan tarixinə yazılacaq hadisədir. Kimin necə münasibət bildirməsindən asılı olmayaraq bu oyunlar tarixə mühüm bir hadisə kimi yazalacaq. Biz necə ki, BMT Təhlükəsizlik Şurasına üzv seçildik, eyni ilə də ilk Avropa Oyunlarının tarixinin Azərbaycandan başlaması mühüm bir hadisədir”. 
 
Ə.Həsənov qeyd etdi ki, mətbuatın 140 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı dövlət başçısı sərənam imzalayıb və bu tədbirdə həmin sərəncamdan irəli gələn məsələlər müzakirə ediləcək: "Prezidentin həmin sərəncamı milli mətbuata, milli jurnalistikaya verdiyi dəyərdir. Bu sərəncamdan irəli gələn məsələləri istəyirik sizinlə birlikdə müzakirə edək. Birgə tədbirlər planını hazırlayaq. Bundan sonra müzakirə olunan məsələlər, təklifləri Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə təqdim edəcəyik. Birbaşa onun nəzarəti ilə milli mətbuatın 140 illiyi ilə bağlı sərənama müvafiq olaraq həmin tədbirlər planı təsdiq olunacaq”.
 
MŞ sədri Əflatun Amaşov isə bildirdi ki, dövlət başçısının mətbuatın yubileyi ilə bağlı sonunu sərəncamı əhatəliliyinə görə fərqlənir: "Fundamental təsir bağışlayır. Bu sərəncamın qəbul olunmasında mətbuatın keçdiyi 140 ilə baxış düzənlənir və keçmiş və gələcəyin vəhdəti birlikdə verilir”. Ə.Amaşov yubileylə bağlı jurnalistlərin mükafatlandırılmasından danışaraq bildirdi ki, artıq redaksiyalardan təkliflər və siyahılar gəlir: "Belə getsə, bayrama qədər mükafat almaq istəyənlərin sayı minə çatacaq”. 
 
Ə.Amaşov həmçinin sosial şəbəkələrdə Avropa Oyunları ilə bağlı gedən müzakirələrdən də danışdı və təhqir səviyyəsində rəylərin olduğunu vurğuladı. O, bununla bağlı tədbirlər görülməsinin vacibliyini qeyd etdi. MŞ sədrinin sözlərinə görə, sosial şəbəkələrdə o özü və bəzi media rəhbərləri də təhqirlərə məruz qalır və bununla bağlı məsələ yuxarı səviyyədə diqqətə çatdırılıb müzakirə edilməlidir. 
 
Ə.Həsənov isə eşitdiyinə münasibətini bu cür bildirib: "Əgər Qərbin təlqin etdiyi demokratiya budursa, biz bu demokratiyanın tərəfdarı deyilik”. 

O, veriləcək medallarla bağlı kriteriyaları da açıqlayıb: "Məsələn, 12 il işləyənə "Tərəqqi” medalı, 15 il işləyənə "Əməkdar jurnalist” adı verilə bilər və sair...”.
 
Mia.az Musavat.com-a istinadən görüşdən bəzi fotoları təqdim edir:







Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA