04-06-2015 [21:59]
Teyyub Qənioğlu
Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına cəmi 7 gün qalır. Bu oyunların Azərbaycanda keçirilməsinin ölkəmiz üçün, onun dünyada tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni faşistlərinin və onların eyni təbiətli, Azərbaycanın inkişafını həzm edə biləməyən xarici tərəfdaşlarının ölkəmiz haqqında söylədikləri iftiraların həqiqətə uyğun olmadığını bütün dünyaya göstərmək üçün unikal imkan yaratdığı hamı tərəfindən etiraf edilən həqiqətdir. Bu oyunların ölkə iqtisadiyyatının gələcək inkişşafına ciddi təkan verəcəyi də nəzərdən qaçırılmamalıdır. Bunu dərk edən, hər vasitə ilə Azərbaycanı gözdən salmağa, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə mane olmağa, bu münaqişədə ölkəmizin haqlı mövqeyinə kölgə salmağa cəhd edən Qərbin erməni və xristianpərəst qüvvələri Azərbaycanda insan haqlarının pozulduğunu bəhanə edərək xeyli vaxtdır ki, I Avropa Oyunlarını baykot etməyə çağırırlar. Əslində onların istəyi Azərbaycanda insan haqlarının qorunmasına nail olmaq deyil. Əgər belə olsa idi, onlar xarici havadarlarının köməyi ilə ərazimizin erməni quldurları tərəfindən işğalı nəticəsində qaçqın düşən, uzun illərdir ki, bir çox məhrumiyyətlər şəraitində yaşayan bir milyondan artıq azərbaycan insanının hüquqlarının qorunmasından, öz ölkəsində əzizlərinin qəbirlərini ziyarət etmək üçün işğal edilmiş ərazilərimizə gedən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hüquqlarının qorunmasından bəhs edər, onların dərhal azad edilməsini tələb edərdilər.
Azərbaycanı sevməyən, ona düşmən münasibəti bəsləyən xaricilərin baş tutmayacaq istəyini, mövqeyini qətiyyətlə qınasaq da, düşmən olduqları üçün onların mövqeyini "başa düşmək” olar. Başa düşülməyən və qətiyyətlə rədd etdiyimiz qeyd edilən xarici qüvvələrin "dəyrmanına su tökən”, özlərini "siyasətçi”, "insan haqlarının müdafiəçiləri” hesab edən milli siyasətbazların mövqeyidir. Bəli, biz də etiraf edirik ki, Azərbaycanda insan haqlarının qorunması sahəsində problemlər var, məhkəmələr sərbəst deyil, icra strukturlarından asılı vəziyyətdədirlər və təəsüf ki, bir sıra hallarda qətnamələr çıxararkən hüquqa deyil, sifarişə üstünlük verirlər. Belə vəziyyətin aradan qaldırılması, hüququn aliliyinin təmin olunması uğrunda mütəmadi olaraq mübarizə aparılması hər bir Azərbaycan vətəndaşının, xüsusilə də siyasətçilərin ən ümdə vəzifələrindən biridir və bu bizlərin daxili işidir. Heç kəs gəlib bizim əvəzimizə ölkəmizdə demokratiyanı bərqərar etməyəcək, insanlarımızın hüququnu qorumayacaq, necə ki, qorumurlar da!
Mövcud iqtidarı, onun daxili və xarici siyasətini, səhvlərini, çatışmazlıqlarını tənqid etmək, qeyd edilən sahələrdə daha uğurlu siyasət aparacağını iddia etmək müxalif siyasi qüvvələrin danılmaz hüququdur. Amma iqtidarın əleyhinə olan mövqe eyni zamanda dövlətimizin, milli maraqlarımızın əleyhinə olacaqsa belə mövqedən imtinanın vacib olduğu qənaətindəyəm! Ona gərə də, Musavat Partiyasının Avropa ölkərinin hökumət və dövlət rəhbərlərinə Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etməməklə bağlı çağırışını dövlətimiz, milli maraqlarımız üçün ziyanlı hesab edir, qətiyyətlə pisləyir və rədd edirəm!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi