Nazirlik universitetdə yoxlama aparmaq qərarını verib - 200-dən artıq şikayət faktı var

img

04-06-2015 [18:02]


Gəncə Dövlət Universitetində baş verən özbaşınalıqlar nəhayətdə təhsil nazirliyinin də diqqətini cəkb etdi. 
Bu barədə DİA.AZ-a nazirlikdəki bilgili qaynaqlar informasiya ötürüb.

Xəbəri verən mənbə iddia edir ki, universitetin rektoru başda olmaqla bir neçə aparıcı müəllimin fəaliyyətindən olan narazılıqlarla bağlı məsələ bir neçə gün əvvəl "yuxarılarda" müzakirə olunub və bununla əlaqədar təhsil nazirliyinə tapşırıq verilib.

Mənbənin dia.az-a söylədikləri: "Söhbət rüşvət və korrupsiya faktlarından, həmçinin digər qanun pozuntularından gedir. Ortada real olaraq 200-dən artıq şikayət edilmiş fakt var ki, bu istiqamət üzərə araşdırma aparılacaq".

Olay diqqətimizdədir. Bütün maraqlı tərəflərin fikirlərini işıqlandırmağa hazırıq... 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA