Rövnəq Abdullayev əhaliyə müraciət etdi

img

04-06-2015 [09:02]


Dövlət Neft Şirkətinə məxsus torpaqlarda qanunsuz olaraq tikilmiş evlərin aqibətinə tezliklə hökumət aydınlıq gətirəcək.

Mia.az ANS TV-yə istinadən xəbər verir ki, bu barədə dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib. O deyib ki, hazırda hökumət sözügedən məsələ üzərində işləyir. Rövnəq Abdullayev deyib ki, Masazır qəsəbəsində neftli ərazilərdə tikilmiş evlərin altından qaz sızması insanların öz əlləri ilə özlərinə necə təhlükə yaratdığını göstərir.

Şirkət rəhbəri əhaliyə müraciət edib: "Hər dəfə çıxışımda insanlara müraciət edirəm ki, neftli ərazilərdə tikinti işi aparmaq onların özlərinə ziyandır. Kimisi bilməməzlikdən, kimisi də dərk etmədən orada ev tikir. Qeyd edim ki, orada ev tikənlər əsasan imkansız şəxslərdir. Mən bir daha onlardan xahiş edirəm ki, neftli ərazilərdə ev tikməsinlər”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA