03-06-2015 [23:10]
Xəbər verdiyimiz kimi, iyunun 1-də Ələt-Astara avtomobil yolunun 34-cü km-də, Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində üç nəfərin həyatına son qoymuş dəhşətli avtomobil qəzası baş verib.
Neftçala rayon sakini, şəxsi maşını ilə taksi xidməti göstərən 1961-ci il təvəllüdlü Əliyev Sakit Davud oğlunun idarə etdiyi "Mercedes” markalı avtomaşın Bakıdan Neftçala istiqamətində gedərkən qarşıdan gələn "KamAZ” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində "Mercedes”in sürücüsü S.Əliyev və sərnişinləri olan iki bacı - Neftçala rayon sakinləri, 21 yaşlı Sadıqova Səbinə Vüqar qızı və 20 yaşlı Sadıqova Xədicə Vüqar qızı hadisə yerindəcə keçiniblər. Digər sərnişini - Neftçala rayon sakini, 1961-ci ildə anadan olmuş Əhədov İlqar Xanbala oğlu isə ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Virtualaz.org saytının Şirvan bürosunun müxbiri bu gün Neftçala rayonuna - faciəvi şəkildə həlak olan bacıların ata evinə gedib. Əməkdaşımızın oradan hazırladığı reportajı təqdim edirik:
***
...Neftçalaya əslində tərəddüd içində gedirdim. Yolboyu yalnız bunu düşünürdüm: "Gedib iki övlad dağını bir göz qırpımında alan o zavallı ataya necə təsəlli verəcəm, onu necə ovunduracam. Axı bu müsibət deyiləsi, dilə gətiriləsi, dözüləsi dərd deyil...”
Hər halda özümü toplayıb el qaydası ilə başsağlığı verirəm. Qızların atası, 43 yaşlı Vüqar Sadıqovla ayaqüstü danışırıq, ona təsəlli verməyə çalışıram, Allahdan səbr diləyirəm.
Dərddən beli bükülən, gözləri çuxura düşən atanın cavabı bir qədər gözlənilməz olur: "Qardaş, Allah mənə gözləmədiyim səbri verib. Kim olsaydı, dözməzdi. Mən necə dözürəm, heç özüm də bilmirəm”.
Qonşulardan, ailəyə yaxın adamlardan öyrənirik ki, Vüqar Sadıqov bir müddət Sərhəd Qoşunlarında işləyib, müddətdən artıq xidmətdə (MAXE) olub. Həyatı normal imiş. Mehriban ailəsi, 4 uşağı, işi-gücü, dolanışığı varmış.
Amma bədbəxtlik qapısını tez döyüb. 2001-ci ildə həyat yoldaşı Arifə ağır xəstəlikdən vəfat edib. Bundan sonra Vüqar da 4 uşağına baxmaq, onları saxlamaq üçün bu işindən ayrılıb, evinə qayıdıb.
Səbinə və Xədicə ailənin böyük övladları olub. Ana vəfat edərkən 4 uşaqdan ən balacasının 2, böyüyünün 7 yaşı varmış.
Yaxınları deyir ki, uşaqlar azyaşlı olduğundan Vüqar çox əziyyət çəkib. Elə anasız qalmış övladlara da nənələri Xədicə xala baxıb.
Vüqar Sadıqov ailəsini hazırda fəhləlik etməklə dolandırır. Səbinə ilə Xədicə orta məktəbi bitirəndən sonra ali məktəbə daxil ola bilmədiklərindən işləməyə, atalarının yükünü azaltmağa qərar veriblər. Bacılar Bakıda işləyirmiş. Xədicə, Səbinə və ataları Vüqar Bakıda kirayə ev tutub orada qalırmış. Xədicə "Binə” ticarət mərkəzində satıcı işləyirmiş. Hər şey yaxşı gedirmiş, amma...
Amma bədbəxtlik bu dəfə də necə deyərlər, bacadan girib. Qızların çalışdığı iş yerləri bağlandığından onlar kirayə qaldıqları evi hadisədən iki gün əvvəl - mayın 30-da təhvil verərək əşyalarını götürüb bir müddətliyə Neftçalaya qayıtmağa qərar veriblər. Yeni iş tapsalar, bir daha Bakıya dönmək arzusu ilə...
Ataları Vüqar isə Neftçalaya qızlardan bir neçə gün əvvəl qayıdıbmış. Axı həm də xeyir işə hazırlaşmaq lazım idi. Bir neçə gündən sonra - haradasa iyunun 5-6-da Xədicəyə nişan gətirəcəkmişlər, qızın nişan mərasimi olacaqmış. Amma olmadı...
Bu itkidən sarsılan yaxınları deyir ki, onları yandırıb-yaxan daha bir detal da var. O da Xədicə ilə Səbinənin qəzadan cəmi 10 dəqiqə əvvəl çəkdiyi selfidir. Qızlar rayona qayıdışlarını maşında telefonla çəkərək evdəki balaca bacılarına göndəriblər. 10 dəqiqə sonra isə həmin məşum qəza baş verib. Bu, onların bacılarına son yadigarı, xatirəsi, vida sözümü olub - bunu heç kim heç vaxt bilməyəcək.
Öyrənə bildiyimiz yalnız bu olur ki, qızlar dünyadan çox gənc ikən nakam köçmüş analarının yanında dəfn olunublar.
Vüqar deyir ki, ona azacıq da olsa təskinlik verən yeganə bir təsəllisi var: "Ciyərparalarımı aparıb analarının yanında dəfn etdim. Öz əllərimlə... Heç olmasa indi bir yerdə olsunlar...”
Bunu deyir və hönkürür. Nəsə deməyə, təsəlli verməyə nə ürəyin gəlir, nə dilin, nə də söz tapa bilirsən...
Emil Məmmədov
Fotolar müəllifindir
Neftçala
Virtualaz.org
Vüqar Sadıqov
Qəzadan sonrakı dəhşətli mənzərə
Səbinə ilə Xədicə indi məzarda da yanaşı uyuyurlar
Yaxınları da şokdadır


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi