Qarabağ döyüşçülərinin işçi qrupunun sədrindən Avropa Oyunları ilə bağlı müraciət

img

03-06-2015 [22:10]



Qarabağ döyüşçülərinin koordinasiya şurasının yaranması məqsədi ilə fəaliyyətə başlayan işçi qrupunun Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı müraciətinə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı reaksiyası birmənalı qarşılanmayıb. Mia.az-ın Qarabağ döyüşçülərinin işçi qrupunin sədri, keçmiş döyüşçü Vaqif Əlisoy mövqeyini ictimaiyyətə açıqlayıb.

Keçmiş döyüşçünün münasibətini olduğu kimi təqdim edirik:

Dəyərli dostlar , bir neçə gündür ki , demək olar ki , bir dənə də status yazmamışam. Diqqətlə fb-dakı statuslatı və bu statuslara yazılan rəyləri nəzərdən keçirib özüm üçün nəticələr çıxarmağa çalişıram. Son dəfə Azərbaycanin ən gənc şəhidi , 15 yaşlı Tiqananın( Samir Əliyevin) atası Qədir kişının ağir durumuna münasibət bildirmişəm. Söhbət eyni zamanda Qədir kişinin ağir durumunu içtimailəşdirən və ona kömək etmək istəyən Cəbrayilin qeyrətli gənclərindən olan Azər Telmanoğlunun santajla üzləşməsinə münasibət bildirmişəm. Elə buradan bu adamlara səslənirəm, yetər, özünüzü yığışdırın.
Indi isə keçək əsas məsələyə. Bir necə gün bundan əvvəl urəyi Vətən Millət və Qarabağ həsrətı ilə döyünən və fəal olan Qarabağ qazi , veteranlarənın bir toplantisını keçirdik. Deyildiyi kimi toplantını keçirməkdə 2 məqsəd var idi
1. Ermənı idmançılarının Bakıya gəlməsınə Qatabağ qazi və veteranlarının münasibəti( daha dəqiq razısınızmi?)
2. Birinci Avropa oyunları qurtardiqdan sonra qazi vəüy veteranların
birinci forumunu keçirmək , qazi və vetetanlarının ümumi rəyini nəzərə almaqla Ali Baş Komandandan Qarabağin erməni terrorcularından azad ediməsi ücün müharibənin başlanması üçün müraciətin qəbul edilməsi .
Görüş istirakçıları da təsdiq edə bilər ki , müzakirələr çox gərgin keçsə də , sonda ümumi razılığa gələ bildik. Bunu da bizdən millətin , dövlətin və nəhayət Qatabağın taleyi tələb edirdi. Görüşdə iştirak edən hər kəs bunun məsuliyyətini fətk edirdi. Çünki bu adamlarin buna mənəvi haqqı vardı. Bu dövlətın , bu millətin yolunda müstəsna rolu olub.
Qərara alındi ki, oyunlar bitəndən sonra forum çağırılsın və forumda Qarabağda döyüşən butün bölgələrin və eyni zamanda
Qarabağla bağlı fəaliyyət göstərən QHT nümayəndələrini iştiraki təmin edilsin və həmin forumda hərbi əməliyyatların başlanması üçün əməli fəaliyyətə keçırilsin və bu məqsədlə ölkə , millət son, qəti döyüşə hazırlansın. Artiq dözüm limiti bitib. Millət , əsas da Qarabağ camaatı " Lazım" ı gözləməkdən bezib.
Forumda qazi, veteran və QHTlərin vahid mərkəzdən , effektli işləməsi üçün bir qurum yaratmaq nəzərdə tütülur. Əlbəttə , bu forumun verəcəyi qərardan asılı olacaq. Ad isə önəmli deyil. Bunu da forum iştirakçıları müəyyən edəcək. Bütün bu işləri hazırlamaq və həyata keçırmək üçün 4 nəfərdən ibarət işci qrupu yaradıldı. Işci qrupuna Rey Kərimoğlu , Füzuli Rzaquliyev, Habil Şirinov və Vaqif Əlisoy( sədr) daxıl oldu. Onların əsas məqsədi oyunlardan sonra keçiriləcək forumun təşkilatı işləri həyata keçirmək , qazı,veteranlarla əlaqə yaratmaq , onların forumda iştirakını təmin etmək və mətbuatla işləmək olacaq.
Görüşdə birmənali olaraq ermənistan idmançılarının Bakıya gəlişı pislənıldi ( bu haqda muraciətimizdə ətraflı yazıldığından buna ehtiyac görmürəm. Burda da millətimizin və dövlətimizin maraqlarını nəzərə almişıq. Bir daha həmin müraciətin qəbul olunmasına səs vermiş adamların kifayət qədər həyat və döyüş təcrubəsi olduğunu və bu dövlətın qurulmasında , bayrağının qaldırılmasında müstəsna rolu olduğunu nəzərinizə catdiriram. Ölkədə kifayət qədər tanınmış insanlardır). Amma müraciətdə getmiş " keçirıləcək etiraz aksıyalara qoşulmayacağıq" cümləsi bəzi "doslarımızın", hətta bizi taniyan və bizımlə ciyin- ciyinə döyüşən qardaşlarımızın xoşuna gəlməyib və üstümüzə hücuma keciblər. Bunlara da cavab verməyin vaxtidir. Birinci məni və müraciətə səs verənləri " durjinnik" kimi fəaliyyətə səsləyən Imişlili döyüşçü qardaşım Tariyel bəyə və digərlərinə deyirəm. Müraciətdə yazsaydiq ki , Bakiya gələn erməni idmancılarını olrürəçəyik , etiraz əlamətı olaraq özümüzü doğrayacağiq və ya yarışlarin kecirıləcəyı Olimpiya stadionunun yanindaki körpüyə çixib intihar edəcəyik və ya özümüzü yandiracağiq , onda bizi qəhrəman hesab edəcəkfiniz? Bakiya erməni ilə bərabər 20 yanvar və Xocalı qirğınını torədən , Qarabağ torpaqlarının işğalında birbasa iştitak edən Rusiya dovlətinin idmsnçılarına niyə etitaz etmirdiniz ? Ay qardaşlar , bu illər ərzində hələ də başa düşmədikmi( ifadəmə görə üzr istəyirəm) Qarabağı kim işğal edib və kım işğalda saxlayir? Bunu anlamaq bu qədər çətindir? Abxaziya , Osetiya, Krım və nəhayət Donesk sübut etmədimi ki , bu işğalların başında Rusiya dayanir? Mən həmişə"erməniyə məğlub olmuşuq, erməni torpağımizı işğal edib" ifadəsını işıətməmişəm və bunu özümə , millətimə , təhqir hesam etmişəm. Ağdam , Qubadli , Zəngilan, Lacın və Cəbrayil cavanlarının Qafan, Gorus Xankəndi etmənilərinin dünyanin düz vaxtı başlarına hansı oyunlarin açdiğı oyunları , elə emənı kişılərinin gözü qarşısında onların qizlarının başına hansı oyunların açdiqları heç də uzaq keçmışdə olmayib axı. Bizim Cəbrayil rayonunda Boyük Mərcanlı deyilən bir kənd var. Bu camaat yaylağa gedəndə Gorus , Qafan ermənilərı qorxularından deşık axtarirdilar girməyə. Bir əl ağacı ilə meyidlərinə çırpırdılar. Bunu da həmın camaat təsdiq edə bilər.
Yaxşı bəs 23 ildir başımıza oyun açan , torpaqlarimizın azad olmağına imkan verməyən , erməniyə milyonlarla dollar yardım edən ATƏT və Avropa Surası ölkələrinin idmançılarına niyə etiraz etmirsınız? Məntiq hardadir? Bəlkə, evi- eşiyi dağilan , dəfələrlə həbsə atılan , Qarabağ həsrəti ilə alişıb yanan Camal Əhmədovdan , Arif Paşadan çox istəyirsiniz bu vətəni? Bəlkə, gözünü itirmiş Firudin Məmmədovdan, ayaqlarinı itirmiş Nurəddin Xocadan , Etimad Əsədovdan çox qeyrətini çəkirsınız Qarabağın? Bəlkə, ikinci Xocalinin baş verməməsi üçün ölümə gedən Azay Kərimov erməninin gəlməsinə sevinir? Bəlkə, yüzlərlə qiz- gəlini , girovu , şəhid meyidini silahsiz erməni içınə ölümü gözü qarsısına alaraq təkbaşına ermənidən alan , ruslar tərəfindən həbs edilərək Rusiya həbsxanalarında olmazın işgəncələr görmüş mən sevinirəm? Tariyel Şirinli , axi bunlar sənın gözlərın qarşısında baş verib. Ayıbdir , qardaşlar. Çox seylər yaza və faktlar göstərə bilərfim. Elə bilirəm kifayətdir.
Qarabağ qazi və veteranları kordinasiya şurası Işçi qrupunun rəhbəri kimi bir daha bildirirəm ki , biz erməni ifmançılarının gəlişını qətiyyətli pisləyir , ancaq millət və dövlət maraqlarını əsas götürərək baş verə biləçək təxribatların qarşısını almaqda yardımçı olacağıq. Unutmayaq ki , bu təxribati ermənılərin özləri və onların arxasında duran və Azərbaycanı istəməyən quvvələr də törədə bilər. Hər kəs bu oyunlar vaxtı dövlət və millət maraqlarını əsas götürməlidir. Bu dövləti biz qurmuşuq, bu vətəni əldə silah biz qorumuşüq. Ermənilərə qarşı hansı sddımlar atılması üçün idman yarişlarında atilması məqbul sayilan müxtəlif yollar var. Bunu da izah etməyə isə ehtiyac yoxdur.
Elə etmək lazımdir ki , ermənı idmançıları meydana çıxanda dizləri əssın , səs - küydən qulağı batsın, nitqı qurusun. Buna isə görüşlərı izləyən 50 -dən artiq ölkənın tamaşaçısı sahidlik edəçək, bu nifrətin sahidi olacaq .Butün bunlar isə idmanda məqbul sayılır , azerkeşlərin etiraz forması kimi qəbul edilir. Elə etmək lazımdir ki , Bakida bir erməni idmançısı da mükafat ala bilməsın və nə erməni himnı səslənsın, nə də erməninin murdar bayraği qaldirilsın. Bakiya gələcək hər bir əcnəbiyə erməni təcavüzü və törətdikləri cinayətlər haqda ətraflı məlumat vermək lazımdir. Əcnəbi dilləri bilən gənclərımız bu işdə daha fəal olmalıdır. Gəlin bu haqda düşünək. Bir - birimizi ittiham etməklə heç nəyə nail olmayacağıq. Qarabağ qazı və veteranlarinin millətimizın birliyi üçün mümkün olan hər seyi edəcək. Məhz bu birlik sayəsində Qarabağı azad edəcəyik!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA