Elmar Vəliyev büst olayından danışdı

img

03-06-2015 [13:43]


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev rəhbərlik etdiyi şəhərdə bir müddətdir davam edən büst qalmaqalına münasibət bildirib. İcra başçısı Cümhuriyyətin banisi Məmməd Əmin Rəsulzadənin büstünün illərlə torba keçirilərək saxlanılması ilə bağlı qısa danışıb. 

O, musavat.com-a açıqlamasında bildirib ki, məsələnin ona aidiyyatı yoxdur: "Aidiyyatı üzrə müraciət edin. Həmin park Dəmiryol İdarəsinin balansındadır”. 

Qeyd edək ki, Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin Gəncə Şəhər Dəmiryolçular parkında qoyulan heykəli ilə bağlı uzun müddətdir qalmaqal yaşanır. Qalmaqal qısa müddətli nəticə də verib. Belə ki, iyunun 1-də abidənin üzərindəki çuval götürülüb. Ancaq iyunun 1-də açılan büst ayın 2-də yenidən qapadılıb. 
 
Bu məsələ parlamentin sonuncu iclasında da müzakirə edilmişdi. Deputat Sabir Rüstəmxanlı Rəsulzadənin büstü ilə bu cür davranışa görə Gəncə Şəhər İcra Hakimiyyətini sərt formada tənqid etmişdi. 

Deputat Musa Quliyev isə həmkarının bu tənqidinə sərt formada cavab verərək demişdi ki, S.Rüstəmxanlı ilə nəqliyyat naziri Ziya Məmmədov qudadırlar. Həmin park da Nəqliyyat Nazirliyinin balansındadır. 

"Qudasından xahiş etsin, büstün başına keçirilən çuvalı çıxartdırsın” – deyə M.Quliyev məsələyə öz münasibətini bu formada bildirmişdi. 

Bundan sonra məsələyə Z.Məmmədovun deputat qardaşı Elton Məmmədov da qarışmışdı və Musa Quliyevi boş-boş danışmaqda suçlamışdı. 

Bu məsələ mətbuatda və sosial mediada hələ də müzakirə olunur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA