Nazirlik 7 rayonda bərpa xidməti göstərəcək

img

03-06-2015 [12:48]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyunun 10-13-də respublikanın 7 rayonunda əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti təşkil edəcək. 

 Bu barədə Nazirlikdən Mia.az-a məlumat verilib.


 ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası iyunun 10-da saat 9.00-dan 13.00-dək Ucar rayon mərkəzi xəstəxanasında və saat 14.00-dan 18.00-dək Ağdaş rayon mərkəzi xəstəxanasında, iyunun 11-də saat 9.00-dan 13.00-dək Bərdə rayon ƏSMM-nin və 14.00-dan 18.00-dək Tərtər rayon ƏSMM-nin inzibati binalarında olaraq, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada xidmət göstərəcək.

Səyyar xidmət iyunun 12-də saat 9.00-dan 13.00-dək Ağdam rayon ƏSMM-nin inzibati binasında  və 14.00-dan 18.00-dək Ağcabədi rayon mərkəzi xəstəxanasında, iyunun 13-də saat 10.00-dan 14.00-dək isə Zərdab rayon İH-nin qonaq evində davam etdiriləcək.

Həmin rayonlar üzrə əvvəlcədən qeydiyyata alınmış şəxslər ehtiyac duyduqları  protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri (yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s.) ilə təmin olunacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA