YAP Qadınlar Şurasının sədrinə rüşvət iddiası - Tələbələr "qiymət artımı"ndan narazılıq edir

img

03-06-2015 [12:15]


Azərbaycan Dövlət  Pedaqoji Kollecində (əvvəlki adı Sabir adına Pedaqoji Kollec) imtahan və diplom qiymətləri bahalaşıb. 

Bu barədə sözügedən təhsil müəssisələrində oxuyan tələbələrin müraciətində bildirilir. 

Onların sözlərinə görə,  ümumiyyətlə təhsil ili boyunca bu Pedaqoji Kollecdə tələbələrdən müxtəlif yollarla, təzyiq vasitəsilə pul yığılır. Hər semestr imtahanları zamanı tələbələrin vəziyyəti daha da ağırlşaır və onlar kifayət qədər xərcə düşürlər. Tələbələr iddia edirlər ki, tələb edilən məbləği verməyənlər isə direktor Nurlana Əliyevanın qəzəbinə düçar olaraq müxtəlif formalarda cəzalandırılırlar. 

Onların sözlərinə görə, təhsil ilinin sonunda isə tələbələrin, xüsusən də diplom alanların əsl qara günləri başlayır. Tələbələr bildirirlər ki, direktor N.Əliyevanın tapşırığı ilə semestr imtahanlarının uğurla başa vurmaları üçün onlardan 500 manat istənilir.  

Kolleci bitirərərək diplom almaq növbəsi çatan tələbələrdən isə nə az, nə çox düz 2000 manat istənilir. Diplom almaq istəyənlər üçün bu məbləği ödəmək qeyri-qanuni olsa da, məcburi hala gətirilib və demək olar ki, heç kimə güzəşt olunmur. Tələbələr bildirirlər ki, bütün bunlara görə, Kollecdə ciddi narazılıq hökm sürür. Onların sözlərinə görə,  tələbələr Təhsil Nazirlyinə edilən şikayətlərə baxılmamasına görə nazir Mikayıl Cabbarovdan da narazıdırlar. Buna görə də onlar baş verən qanunsuzluqlarla bağlı ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətindədirlər.

Onlar qeyd edirlər ki, N.Əliyevə şikayətçi tələbələrə Kollecdə yığılan pulların böyük hissəsinin nazirliyə çatdığını bildirir(Gunxeber.com).

Onu da qeyd edək ki, N.Əliyeva YAP Qadınlar Şurasının sədridir.

Tələbələrin iddiaları ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA