Ramil Usubov əmr verdi, qovulan rəisə vəzifə verildi

img

03-06-2015 [10:33]


Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikiliyi baş verib. 

Mia.az AzVision.az-a istinadən xəbər verir ki, vəzifəsindən uzaqlaşdırılan Biləsuvar rayon polis şöbəsinin rəisi Saleh Abdullayeva daha önəmli vəzifə verilib. 

Belə ki, sonuncu kollegiya iclasında şiddətli töhmət cəzası alan, sonra isə işində verdiyi nöqsanlara görə vəzifəsindən azad edilərək sərəncama göndərilən polis polkovniki Saleh Abdullayev daxili işlər naziri Ramil Usubovun əmri ilə DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboruna rəis təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA