Razim Məmmədovun klinikası fəaliyyətini dayandırdı

img

02-06-2015 [17:26]


Bu gündən etibarən Sumqayıtda yerləşən ən böyük Tibb Mərkəzlərindən biri – "Real” Tibb Mərkəzi işini dayandırıb.

"Gencaile.az”ın əldə etdiyi məlumata görə, Mərkəz lisenziya problemi ilə bağlı fəaliyyətini dayandırmalı olub.

Məsələ ilə bağlı müəssisənin baş həkimi Vidadi Əzimovla əlaqə saxladıq.

V.Əzimov Mərkəzin fəaliyyətini dayandırması ilə bağlı xəbəri təsdiq etdi: "Bəli, bu gündən etibarən "Real” Tibb Mərkəzi fəaliyyətini dayandırır. Səbəb isə lisenziyamızın vaxtının bitməsi və cari təmir işləridir.”

Bu fasilənin nə vaxta kimi davam edəcəyinə gəldikdə isə baş həkim bu suala dəqiq cavab verə bilməyəcəyini bildirdi: "Qeyri-müəyyən vaxta kimi. Bizə də bəlli deyil”.

Qeyd edək ki, sözügedən klinika Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədova məxsusdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA