02-06-2015 [15:49]
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti "Bakı-2015” Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə əlaqədar gücləndirilmiş rejimdə işləyir.
Qurumdan verilən məlumata görə, cəmiyyətin idarə aparatında, həmçinin, rayon sukanal idarələrində qərargahlar yaradılıb və məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Yaranacaq problemlərin və baş verə biləcək qəzaların operativ həlli məqsədilə 3 ixtisaslaşmış qəza briqadası yaradılıb, onlar xüsusi texnika, maşın və mexanizm, lazımi mal-material və avadanlıqlarla təmin olunub. İxtisaslaşmış briqadaların qəza yerlərinə daha tez çatması üçün şəhərin müxtəlif istiqamətlərində - Nizami, Nərimanov və Səbail rayonlarının ərazisində dislokasiya məntəqələri yaradılıb.
Bunlarla yanaşı, hər bir rayon Sukanal idarəsinin su və kanalizasiya üzrə qəza briqadaları da 24 saat fəaliyyət göstərir. Birinci Avropa oyunlarına hazırlıqla əlaqədar qəza briqadalarının əməkdaşlarına nəzəri və praktiki təlimlər keçirilib.
Oyunlara hazırlıq çərçivəsində Bakı şəhərini içməli su ilə təmin edən mənbələr, magistral xətlər, mərkəzi və məhəllədaxili anbarlar, su və kanalizasiya nasos stansiyalarının vəziyyəti təhlil edilmiş, aşkar olunmuş çatışmazlıqlar dərhal aradan qaldırılmış və bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda Bakı və Mingəçevir şəhərlərində mehmanxanaların, yarışların keçiriləcəyi idman obyektlərinin, olimpiya kəndinin, ictimai-iaşə və turizm obyektlərinin su təchizatı və kanalizasiya sistemlərinə aidiyyatı qurumlarla birlikdə baxış keçirilib, bu obyektlərin dayanıqlı içməli su təchizatının aparılması üçün müvafiq tövsiyələr verilib.
"Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının əməkdaşları idman, ictimai iaşə obyektləri, mehmanxanalar və müəyyən olunmuş digər yerlərdən mütəmadi nümunələr götürərək analizlər aparır, bununla da içməli suyun keyfiyyəti daim nəzarətdə saxlanılır.
Qeyd edək ki, böyük idman tədbiri ərəfəsində Bakı şəhərini, o cümlədən idman arenalarını, otelləri, Olimpiya kəndini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün xeyli iş görülüb. Belə ki, Bakı şəhərində Olimpiya Stadionunun tikintisi, yol infrastrukturunun yenidən qurulması, Böyükşor gölünün təmizlənməsi layihələrinin icrası ilə əlaqədar ərazidən keçən magistral su xətləri və kanalizasiya kollektorları yenidən qurulub, yeni xətlər və şəbəkələr tikilib.
İdmançıların, məşqçi korpusunun, hakimlərin və digər texniki personalın yerləşəcəyi Olimpiya kəndi ərazisində yeni su və kanalizasiya sistemləri yaradılıb, Səbail rayonu ərazisində yeni tikilmiş Su İdman Oyunları Sarayının yaxınlığındakı "Şimal” nasos stansiyası ləğv edilib və suyun paylanması üçün başqa ərazidə yeni stansiya inşa olunub. Eyni zamanda Salyan şossesində yeni mərkəzləşdirilmiş nasos stansiyası tikilib istismara verilib.
Böyükşor gölünə axıdılan tullantı sularının qarşısının alınması və optimal idarə edilməsi məqsədilə 2000 mm diametrli borularla 1,5 km uzunluğunda yeni kanalizasiya kollektoru inşa edilib, bununla da tullantı sularının gölə axıdılmasının qarşısı tam alınıb. Eyni zamanda Dərnəgül-Bakıxanov-Qaraçuxur kanalizasiya kollektorunun bu ərazidən keçən hissəsinin inşası başa çatdırılıb.
Bakı buxtasına axıdılan çirkab suların qarşısının tam alınması üçün 13,2 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya kollektorunun inşası yekunlaşıb. 8 km-i mikrotunel, 1,1 km-lik hissəsi isə tunel tipli kollektordan ibarət olan bu xəttin tikintisi ilə yanaşı, Su İdman Oyunları Sarayının yerləşdiyi ərazidən açıq kanallarla Xəzər dənizinə axıdılan suların qarşısının alınması məqsədilə kanalizasiya sisteminin qurulması başa çatdırılıb. Ümumilikdə, Birinci Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Bakı şəhərində 119 km uzunluğunda müxtəlif diametrli magistral və şəbəkə su xətti, 29 km kanalizasiya kollektoru və şəbəkəsi inşa edilib.
Birinci Avropa Oyunlarının hazırlıq planına uyğun olaraq Mingəçevir şəhərində 3 ədəd kanalizasiya nasos stansiyası tikilib ki, bu da Kür çayına axıdılan tullantı sularının qarşısını almağa imkan verib. Eyni zamanda şəhərin əsas küçə və prospektlərində tikinti işləri qısa müddətdə yekunlaşıb, 41 km yeni su xətti, 30 km kanalizasiya xətti quraşdırılıb.
Xatırladaq ki, Birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq məqsədilə "Azərsu” ASC sədrinin 12 noyabr 2014-cü il tarixli əmri ilə komissiya və daimi fəaliyyət göstərən qərargah yaradılıb, Tədbirlər Planı təsdiq edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi